Məhkəmə qərarları › İş №2(076)-349/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-349/2025

18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-349/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı, eyni zamanda İddiaçı4 nümayəndəsi İddiaçı3, İddiaçı1 və onun vəkili X7, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Nümayəndə və onun nümayəndəsi (vəkil) X17 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Nümayəndə qarşı xx.xx.2021–ci il tarixli, 2V– 1626 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Nümayəndə qarşı xx.xx.2021–ci il tarixli, 2V– 1626 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4ndan və Yaqubov Əkbər (Mühasib) Vəli oğlundan Şəmkir rayonu Seyfəli kəndində 0.30 ha torpaq sahəsi miras qalmışdır. X4 xx.xx.2003–cü il tarixdə, Yaqubov Əkbər (Mühasib) Vəli oğlu isə xx.xx.2020–ci ildə vəfat etmişlər. X1 xx.xx.1958–ci il təvəllüdlü İddiaçı3, xx.xx.1967–ci il təvəllüdlü X13 və xx.xx.1963–cü il təvəllüdlü İddiaçı2 adlı uşaqları anadan olmuşdur. Bu hal Şəmkir rayon İcra Hakimiyyətinin Başçısının Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsinin 14 avqust 2024–cü il tarixli arayışı ilə təsdiq olunur. Göründüyü kimi anaları X12 vəfat edən vaxt onun birinci növbə vərəsələri, yəni İddiaçı3, X13 və İddiaçı2 olmuşlar. Bundan başqa mərhum Yaqubov Əkbər (Münasib) Vəli oğlu vəfat edəndən sonra onun birinci növbə vərəsəsi atası İddiaçı2, anası İddiaçı1, uşaqları Banu və Ömər birinci növbə vərəsə olmuşlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndələri Nümayəndə Şəmkir rayon notariat ofisinə yeganə vərəsəsi olduğu barədə ərizə ilə müraciət etmiş, notariat ofisində xx.xx.2021–ci il tarixdə mərhumun vərəslərinə 2V–1626 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanlardan aydın olur ki, X1 birinci növbə vərəsələri İddiaçı3, X13 və İddiaçı2 olsalar da, Şəmkir rayon 1 saylı notariat ofisi bunu nəzərə almadan birinci növbə vərəsəyə aid olmayan Cavabdeh2 və Cavabdeh3 qanunsuz olaraq vərəsə tanımış, həmçinin mərhum Yaqubov Əkbər (Münasib) Vəli oğlunun atası İddiaçı2 və anası İddiaçı1 birinci növbə vərəsələr olmasına baxmayaraq, bu vərəsələri nəzərə almadan qanunsuz olaraq Qanun üzrə vərəsəlik hüqquq haqqında Şəhadətnamə vermişdir. Bununla da miras əmlakın qanunsuz olaraq cavabdehlərin adına rəsmiləşdirilməsinə zəmin yaradılmışdır. Ona görə də hazırki mübahisə üzrə verilmiş xx.xx.2021–ci il tarixli, 2V–1626 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Odur ki, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2021–ci il tarixli, 2V–1626 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı X24 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X4 onun qayınanası və X26 övladı olmuşdur. X34 adı Münasib olmuş, sonradan Əkbər adına dəyişdirmişdir. Mərhum qayınanasından və oğlu Əkbərdən miras qalmış və Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.30 ha torpaq sahəsini keçmiş gəlini Nümayəndə mənimsəmişdir. Belə ki, əri İddiaçı2 gəlini Nümayəndə ilə yola getmədiyinə görə mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evini yandırmış, oğlu X26 da həmin evdə yanmışdır. Bundan sonra Nümayəndə övladlarını yeganə vərəsə olaraq yanan evin yerləşdiyi torpaq sahəsinə vərəsə tanınmışlar. Mərhum oğlu Əkbər Yauqbov və mərhum qayınanası Salatın Yaqubova vəfat etdikdən sonra mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmiş, lakin miras əmlakı onlar da qəbul etmişlər. Hesab edir ki, mərhum qayınanasından və mərhum oğlundan miras qalmış əmlaka o və digər iddiaçılar vərəsə tanınmalıdırlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili X18 və iddiaçı, eyni zamanda İddiaçı4 nümayəndəsi İddiaçı3 iddia tələbini müdafiə edərək, İddiaçı1 izahatına uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, mərhum X26 onun əridir. Onların birgə nikahlarından Cavabdeh2 və Cavabdeh3 adlı uşaqları doğulmuşdur. İddiaçıların mübahisələndirdiyi torpaq sahəsini mərhum ərinin nənəsi X12 X41a vəsiyyət etmişdir. Keçmiş qayınatası İddiaçı2 tərəfindən 18 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evi yandırılmış və onlar da həmin evdə yanmışlar. X41 aldığı yanıq xəsarətlərindən vəfat etmişdir. Bundan sonra o, Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, həmin miras əmlaka dair övladları Cavabdeh2 və Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçıların qeyd etdiyi kimi yanan fərdi yaşayış evi mübahisəli torpaq sahəsində yerləşməmişdir. İddiaçılar X4ndan və mərhum əri X14 miras qalmış torpaq sahəsində yaşamamışlar və həmin torpaq sahəsini onların vəfatından sonra idarə etməmişlər. Ona görə də iddia tələbini əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Nümayəndəsi (vəkil) X27 iddia tələbini qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı2 və cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, nə də iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli doğum haqqında arayışdan görünür ki, X28 17 fevral 1988–ci ildə anadan olmuşdur, atası İddiaçı2, anası İddiaçı1dır. İşdə olan xx.xx.2024–cü il tarixli, AZ–T 284186 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı3 01 noyabr 1958–ci ildə anadan olmuşdur, anası kimi X12 göstərilmiş, atalığı müəyyən edilmədiyindən atası qrafası boş saxlanılmışdır. İşdə olan xx.xx.2024–cü il tarixli, AZ–T 284185 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx xxxx 1963–cü ildə anadan olmuşdur, anası kimi X12 göstərilmiş, atalığı müəyyən edilmədiyindən atası qrafası boş saxlanılmışdır. İşdə olan xx.xx.2024–cü il tarixli doğum haqqında arayışdan görünür ki, X13 xx xxxxxx 1967–ci ildə anadan olmuşdur, anası kimi X12 göstərilmiş, atalığı müəyyən edilmədiyindən atası qrafası boş saxlanılmışdır. İşdə olan 12 yanvar 2023–cü il tarixli nikah haqqında arayışdan görünür ki, İddiaçı2 ilə X19 nikahlarını 07 iyul 1987–ci ildə rəsmiləşdirmişlər və arvada “Yaqubova” soyadı verilmişdir. İşdə olan JN–1824A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar islahat Komissiyasının 23 oktyabr 1998–ci il tarixli, 56 saylı qərarı ilə Şəmkir rayonu Seyfəli kəndi ərazisində X6 və X8 ümumi birgə mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir rayon İHB–nin Aşağı Seyfəli kənd İƏD zrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli, 616 saylı arayışdan görünür ki, X12 vəfat etdikdən sonra təsərrüfatında X23 qalmış, başqa yerdə yaşayan ailə üzvləri İddiaçı3, İddiaçı4 və İddiaçı2 olmuşdur. İşdə olan xx.xx.2021–ci il tarixli, 2V–1626 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2003–cü il tarixdə vəfat etmiş X6 vərəsəsi xx.xx.1991–ci il tarixdə 146 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəsi X28 olmuş, lakin o xx.xx.2020–ci il vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri Cavabdeh2 və Cavabdeh3 keçmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsi X20 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2016–cı il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X28 23 may 2016–cı ildə Nümayəndə doğulmuş X11 atası hesab edilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2017–ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2017–ci ildə Nümayəndə doğulmuş X22 atası hesab edilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2016–cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2016–cı ildə doğulmuşdur, atası X28, anası Nümayəndədır. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş 23 avqust 1991–ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Şəmkir rayonu Seyfəli kəndində yaşayan X12 ona məxsus olan Şəmkir rayonu Seyfəli kəndində yerləşən evini və bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq Şəmkir rayonu Seyfəli kəndində yaşayan nəvəsi X15 vəsiyyət etmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş 27 noyabr 2019–cu il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 17 fevral 1988–ci ildə doğulmuş X2 “Yaqubov”dan “Vəliyev” soyadına və adı “Münasib” adından “Əkbər” adına dəyişdirilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2020–ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 05 dekabr 2003–cü ildə ölmüşdür. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2020–ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 10 aprel 2020–ci ildə ölmüşdür. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X1 xx.xx.1958–ci il təvəllüdlü İddiaçı3, xx.xx.1967–ci il təvəllüdlü X13 və xx.xx.1963–cü il təvəllüdlü İddiaçı2 adlı övladları anadan olmuşdur. X12 23 avqust 1991–ci il tarixli vəsiyyətnamə əsasında Şəmkir rayonu Seyfəli kəndində yaşayan ona məxsus olan Şəmkir rayonu Seyfəli kəndində yerləşən evini və bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq Şəmkir rayonu Seyfəli kəndində yaşayan nəvəsi X15 vəsiyyət etmişdir. X12 05 dekabr 2003–cü ildə vəfat etmişdir. X3 “Yaqubov”dan “Vəliyev” soyadına və adı “Münasib” adından “Əkbər” adına dəyişdirmişdir. X28 10 aprel 2020–ci ildə vəfat etmişdir. xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsi X20 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2021–ci il tarixli, 2V–1626 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2003–cü il tarixdə vəfat etmiş X6 vərəsəsi xx.xx.1991–ci il tarixdə 146 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəsi X28 olmuş, lakin o xx.xx.2020–ci il vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri Cavabdeh2 və Cavabdeh3 keçmişdir. Hazırda iddiaçılar tərəfindən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçıların hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması, malik olduqları halda, həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması zəruridir. Məhkəmə iddiaçıların istinad etdiyi dəlillərə əsasən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə qiymət verərək hesab edir ki, iddiaçıların hazırkı iddianı irəli sürərəkən subyektiv hüququ olmadığına, həmçinin onların subyektiv vərəsəlik hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən olunmuş halları, mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmalıdır. Belə ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici qüvvədə olan Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçəməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə–ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, qanunvericilik mirasın qəbulu üçün müddət müəyyən etmiş, iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə məhkəməyə müraciət etməmişlər. Həmçinin, X4 miras əmlakı Əkbər Yaqubova vəsiyyət etmiş, xx.xx.2021–ci il tarixli, 2V–1626 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2003–cü il tarixdə vəfat etmiş X6 vərəsəsi xx.xx.1991–ci il tarixdə 146 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə üzrə X28 olmuş, lakin o, xx.xx.2020–ci il vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri Cavabdeh2 və Cavabdeh3 keçmişdir. Ona görə də iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 X4ndan, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum oğulları X16 qalmış mirasdan pay almaq hüququnu itirmişlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə iddiaçıların mirası faktiki qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçıların mirası faktiki qəbul etməsi iş materiallarına əlavə etdikləri heç bir sübutla öz təsdiqini tapmamış, həmçinin iddiaçılar miras açılan vaxt ayrıca təsərrüfatda olmuş və mirası qəbul etmək niyyətlərinin olduğuna dair heç bir real davranış göstərməmişlər. İddiaçılar yalnız xx.xx.2024–cü il tarixdə mirasdan pay almaq üçün “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişlər. Çünki iddiaçılar keçən müddət ərzində bir dəfə də olsun mirası qəbul etmək niyyətlərinin olduğunu bildirməmişlər. Bununla da iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişlər. Bu da onu deməyə əsas verir ki, iddiaçıların mirası qəbul etmək niyyəti olmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273–1–ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023–cü il tarixli qərarı qüvvəyə minməmişdən əvvəl yarandığından həmin Qərar hazırki mülki işə şamil edilə bilməz. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab edir ki, iddiaçılar nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiklərinə və susduqlarına, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiklərinə görə həmin hüququ itirmişlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, iddiaçılar subyektiv vərəsəlik hüququnu itirdiyinə görə Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2021–ci il tarixdə X4ndan və X16 miras qalmış əmlaka dair Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 2V–1626 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışlar. Həmçinin, qeyd edilməlidir ki, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi, eləcə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı mötəbər mənbədən əldə edilmiş sübutlar məhkəməyə təqdim edilməmiş, habelə, notariat işinə baxış zamanı qanunun tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 227, 357–360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Nümayəndə qarşı xx.xx.2021–ci il tarixli, 2V– 1626 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar