Məhkəmə qərarları › İş №2(076)-3510/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3510/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3510/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 avqust 2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1252.80 (bir min iki yüz əlli iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş məbləğin abonent hesabına (**********00000) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 8 iyun 2018-ci il tarixdə qaz sayğacının hesablama mexanizminin yerləşdiyi hesablama blokuna qarışqaların yığılmasını əsas gətirərək qaz sayğacını smart kart tipli sayğacla əvəz etmişlər. Lakin xx.xx.2018-ci il tarixində ******* nömrəli akt tərtib edib və həmin aktı mərhum qaynatası X5 guya iştirakı olmuşdur. Lakin “aktı imzalamaqdan imtina etmişdir” kimi qeydiyyat aparılmışdır. Aktda da hesablayıcı mexanizmə qarışqaların dolması qeyd olunmuşdur, onuda qeyd edim ki, qarışqalar sərbəst həşəratdır, onları bir bir tutub abonent tərəfindən sayğaca daxil etmək mümkün deyil, sözü gedən qaz sayğacı evin kandarında yol qırağında əncir ağacının altında yerləşir. Hər an sayğaca hava şəraiti ilə əlaqədar olaraq qarışqa və həşəratların qonması aydındır. İstifadə etdiyi qaz sayğacı mərhum qaynatası X5 adınadır. Həmin dövrlər mərhum qaynatası Rusiya Federasiyasında yaşamışdır. Həmin ölkədə də infakt xəstəliyi keçirərək ölümündən bir neçə gün əvvəl yaşadığı ünvana gətirilmişdir. Həyat yoldaşı X8 yeganə varisdir. O həyat yoldaşı ilə birgə Rusiya Federasiyasında yaşayırlar. Sözü gedən həmin mənzili kəndin məktəbinə təyinat almış 2 xanım müəlliməyə yaşamaq məqsədi ilə mənzil həvalə olunmuşdur. Lakin bu son dövrlərdə o həmin mənzildə yaşamaq üçün ünvana gəlmiş, karta əvvələcədən ödəniş məqsədi ilə ödəniş etdikdə ödəniş terminal aparatında xeyli miqdarda borc olduğunu gördüm və bununla aidiyyatı olaraq cavabdehin idarəsinə müraciət etmişdir. Müraciəti əsasında ******* nömrəli akt əsasında 1252.80 manat cərimə hesablanmışdır. Hesablanmış borcun məbləği ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, qaz sayğacı onun evindən çöl hissədə yerləşir və sayğac onun nəzarətindən kənarda yerləşir. Qeyd edilənlərə əsasən 29 avqust 2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1252.80 (bir min iki yüz əlli iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş məbləğin abonent hesabına (**********00000) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqələşdirilməsi üçün məhkəməyə ərizə təqdim edərək, 29 avqust 2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1252.80 (bir min iki yüz əlli iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək hesablanmış 1252.80 (bir min iki yüz əlli iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, X5 yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı yeni Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı ilə əvəz edilmiş, səbəb kimi “əvəzetmə” qeyd edilmişdir. Aktın “Digər qeydlər” hissəsində “ Sayğaca hesablama mexanizminin içinə qarışqa dolub” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, Azəriqaz İB-dən daxil olan MSK-29/1710-00854-2 saylı akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminə şirə tökülməsi nəticəsində plastmas qapağının daxilində qarışqa aşkarlanması qeyd edilmişdir. İş materiallarında olan ünvan 1i ünvanında abonent X1 görünür ki, iddiaçının abonent hesabına 2018-ci ilin avqust ayına 1252.80 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 439460 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 088101 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Ramidə Hidayət qızı ilə xx.xx.2004-cü il tarixdə nikahları bağlanmışdır. Nikahdan sonra ərə “Muradov”, arvada “Muradova” soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, ünvan 1ində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X5 (iddiaçının qayınatası) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda iddiaçının və əri X6 qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəzləmə” qeyd edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və hesablama mexanizminə şirə tökülməsi nəticəsində plastmas qapağının daxilində qarışqa aşkarlanmışdır. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1252.80 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Elster tipli G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1252.80 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1252.80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, ümumiyyətlə çıxarıldıqdan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent X5 adına hesablanmış 1252.80 (bir min iki yüz əlli iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar