Məhkəmə qərarları › İş №2(076)-3514/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3514/2024

21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3514/2024 21.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, o hazırda Şəmkir rayonu Diiyərli kəndində yaşayır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı yanlış olaraq "Şahnaz" kimi, həmçinin oğlu sözü əvəzinə "qızı" göstərilmişdir. Ancaq onun bütün sənədlərində sovadı, adı və atasının adı Ərizəçi qeyd edilmişdir. Onun adında yanlışlıq olduğundan mülkiyyətində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmir. Hazırda qeyd olunan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan yanlışlığı aradan qaldıra bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı yanlış olaraq "Şahnaz" kimi, həmçinin oğlu sözü əvəzinə "qızı" göstərilmişdir. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi və digərlərinə mülkiyyət hüququ ilə torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı yanlış olaraq "Şahnaz" kimi, həmçinin oğlu sözü əvəzinə "qızı" yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi kimi qeyd olunmaqla şəxs xx.xx.1999–cu il tarixdə doğulmuşdur. İşdə olan notarial qaydada təsdiq olunmuş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999–cu il tarixdə Şəmkir rayonunda doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024– cü il tarixli imtina məktubundan görünür ki, JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi soyadı, adı və qohumluq əlaqəsi səhvən X1 göstərilmişdir. Əslində isə Ərizəçi kimi olmalıdır. Bu ailədə X2 adlı şəxs yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi və digərlərinə mülkiyyət hüququ ilə JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi adı yanlış olaraq "Şahnaz" kimi, həmçinin oğlu sözü əvəzinə "qızı" kimi yazılmışdır. Hazırda ərizəçi JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı və cinsi uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-653A KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar