Məhkəmə qərarları › İş №2(076)-3526/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3526/2024

03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3526/2024 03.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X12 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi2 nümayəndəsi, həmçinin özü Ərizəçi1 Maraqlı şəxslər: X6 və Nəcəfova (Abdullayeva) Günel Nəcəf qızının iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi1 (həmçinin, Ərizəçi2 nümayəndəsi) məhkəməyə “iddia həcminin azaldılması barədə” əlavə ərizə təqdim edərək göstərmişdir ki, Ərizəçi2 soyadı JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda düzgün olaraq “Nəcəfli” yazılmışdır. O, rəsmi nikaha daxil olduğuna görə “Əliyeva” soyadını qəbul etmişdir. Odur ki, JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın yalnız ona, yəni Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 (həmçinin, Ərizəçi2 nümayəndəsi) əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 oktyabr 1998–ci il tarixli 14 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni–Göyçə kəndi ərazisində 4.60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında onun adı səhvən “X4” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona, yəni Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs qismində cəlb edilmiş X11 məhkəmə iclası zamanı izahatında göstərdi ki, JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda arvadı Ərizəçi1 adı səhvən “X4” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs qismində cəlb edilmiş Nəcəfova (Abdullayeva) Günel Nəcəf qızı məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir və onu yaxından tanıyır. Ərizəçinin adının “Ərizəçi1” olmasını bilir. Lakin onun adı Dövlət aktında səhvən “X4” kimi yazılmışdır. İşdə olan JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 oktyabr 1998–ci il tarixli 14 saylı qərarı ilə Ərizəçi1 və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni–Göyçə kəndi ərazisində 4.60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət Aktında Ərizəçi1 adı səhvən “X4” kimi yazılmışdır. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1957–ci il tarixdə doğulmuşdur. İşdə olan “Elektron Məhkəmə” X2 görünür ki, Ərizəçi1 xx.xx.1957–ci il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Nəcəfova samirə Nəcəf qızı xx.xx.2011–ci il tarixdə vəfat etmişdir. İşdə olan və xx.xx.2023–cü il tarixdə Şəmkir rayonu Yeni–Göyçə kəndində tərtib edilmiş aktdan görünür ki, JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nıda Ərizəçi1 adı səhv göstərilmişdir. Əslində “Ərizəçi1” kimi olmalıdır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023– cü il tarixli imtina məktubundan görünür ki, JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 oktyabr 1998–ci il tarixli 14 saylı qərarı ilə Ərizəçi1 və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni–Göyçə kəndi ərazisində 4.60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 2–ci sırasında Ərizəçi1 oğlunun adı səhvən “X4” kimi yazılmışdır. Hazırda ərizəçi Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona, yəni Ərizəçi1 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–0055 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar