Məhkəmə qərarları › İş №2(076)-3540/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3540/2025

26.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3540/2025 26.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu İddiaçı Sadiq qızının, Cavabdeh İB-nin Şəmkir rayon bölməsinə qarşı “cərimənin qanunsuz hesab olunaraq ləğv edilməsi tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı Sadiq qızı, Cavabdeh İB-nin Şəmkir rayon bölməsinə qarşı “cərimənin qanunsuz hesab olunaraq ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Şəmkir rayon bölməsi tərəfindən qanunsuz olaraq yazılmış 1036 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət tələbinə riayət edilmədən verildiyi üçün məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı Sadiq qızının adına ********** nömrəli vöen hesabı olmaqla o, sair tərəvəz və bostan bitkilərinin becərilməsi ilə məşğuldur. Belə olan halda mübahisə tərəfi olan İddiaçı Sadiq qızı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və yaranmış mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən hazırki mülki işə Şəmkir Rayon Məhkəməsində baxılması istisna edlir belə ki,iddiaçı hazırki mübahisə ilə bağlı iddia ərizəsi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etmək əvəzinə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Sadiq qızının, Cavabdeh İB-nin Şəmkir rayon bölməsinə qarşı “cərimənin qanunsuz hesab olunaraq ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar