Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-355/2025 19.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X13, Cavabdeh X5 X14 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi, vərəsəliyin və miras əmlak üzərində payının müəyyən edilməsi” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X7 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 qalmış miras əmlaka görə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməklə ötürülmüş müddətin bərpa edilməsi, X1 qalmış miras əmlak üzərində vərəsə tanınmağın və miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü ildə anadan olmuşdur. X6, anası X19r, onların birgə nikahlarından xx.xx.1992-ci ildə bacısı Türkan və o doğulmuşdur. X6 17 may 1994-cü ildə İ Qarabağ müharibəsində şəhid olmuşdur. Atası şəhid olduqdan sonra anası X26 onu və bacısı Şəmkir rayonundan Bakı şəhərinə aparmışdır. Hazırda da ailəsi ilə birlikdə Bakı şəhərində yaşayırlar. Şəmkir rayonundan getdikdən sonra mərhum atası Abil İsmayılovun atası mərhum X20 ilə əlaqə saxlayıb görüşürüblər. Mərhum babası X39 rayonunda əmisi cavabdeh X34 ilə birlikdə yaşayırdılar. X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. X35 ölümü barədə məlumatı cavabdeh X15 2024-cü ilin may ayında məlumat vermişdir. Bundan sonra mirasın qəbulu ilə bağlı Şəmkir rayonu 1 saylı Notariat Kontoruna müraciət etsədə notariat kontoru tərəfindən mirasın qəbulu ilə bağlı müddət ötrüldüyü əsas gətirilərək müraciətindən imtina edilmiş və ona xx.xx.2024-cü il tarixli notariat əməliyyatların aparılmasından imtina edilməsinə dair qərar verilmişdir. Həmçinin əldə etdiyi məlumata əsasən cavabdeh X15 mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Məsələni aydınlaşdırmaq və X1 qalan miras əmlakdan pay almaq üçün cavabdeh X7 müraciət etsə də lakin sonuncu onunla razılığa gəlmədi və ona vərəsə olmadığını əsas gətirərək əmlakdan heç bir pay verməyəcəyini bildirdi. Qeyd edir ki, cavabdeh X15 onlara mərhum X10 ölmü barədə vaxtında məlumat verməməsinin səbəbi vaxt qazanıb X1 miras qalmış əmlakları öz adına sənədləşdirmək olmuşdur. Hazırda X1 qalmış əmlaklarla bağlı və həmin əmlakların cavabdeh X15 tərəfindən qəbul olunub-olunmaması barədə məlumat əldə edə bilmir. O mərhum X10 əmlakları barədə məlumat əldə etmək üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də ona həmin sənədlərin ya vəkil sorğusu və ya məhkəmə sorğusu əsasında veriləcəyi bildirildi. Həmçinin Şəmkir rayonu 1 saylı Notariat Kontoruna mərhum X10 ölümündə sonra açılmış vərəsəlik işinin və cavabdeh X7 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də ona həmin sənədlərin ya vəkil sorğusu və ya məhkəmə sorğusu əsasında veriləcəyi bildirildi. Qeyd edir ki, onun vəkillə müqavilə bağlamağa maddi imkanın yoxdur. Ona görə də hazırkı iddia tələbində əmlaklarla bağlı dəqiq məlumat göstərə bilmir. Məhkəmənin həmin sənədlərinin alınmasında ona köməklik göstərəcəyini ümid edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X26 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X27 iddianı qəbul etməyərək, İddiaçı mərhum X29 oğludur. İddiaçı 1994-cü ildə qardaşı Abil İsmayılov şəhid olduqdan sonra anadan olmuşdur. X36 ailəsi qardaşı şəhid olduqdan bir il sonra onlardan ayrılaraq çıxıb getmişdir. X29 həyat yoldaşı Rəna Qurbanova yenidən ailə qurmuşdur. Atası mərhum X20 23 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. X37 vəfatı ilə əlaqədar İddiaçı məlumat verilməmişdir. X44 hər dəfə Bakı şəhərinə gedəndə qardaşı uşaqları Əli və Türkanla görüşmüşdür. X29 uşaqları onlarla ünsiyyət qurmadığından X44dan miras qalan əmlakdan pay istəməyə ixtiyarı yoxdur. Ona görə də iddanın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 895 nömrəli Tovuz rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X25 10 yanvar 1967-ci il tarixdə Tovuz rayon Yanıxpəyə kəndində anadan olmuşdur. Ata qrafasında X20, ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ 465627 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X2 Rəna Misir qızı ilə 05 avqust 1991-ci il tarixdə 12 nömrəli akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “İsmayılov”, arvada “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan İİ-ЖГ 431955 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X25 17 may 1994-cü il tarixdə Gədəbəy rayonunda vətən müdafiəsi zamanı həlak olmuşdur. İş materiallarında olan AZ-İ 817018 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, İddiaçı xx xxxx 1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X25, ana qrafasında X33 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-286/2008 saylı 18 yanvar 2008-ci il tarixli qətnaməsindən görünür ki, Şəmkir rayon Hərbi Komissarlığının 13 noyabr 2007-ci il tarixli 1694 nömrəli məktubu etibarsız hesab edilməsi və X17 şəhid statusu bərpa olunması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 456618 nömrəli ölüm haqqında şəhadətnaməsinin təssiqli surətindən görünür ki, X20 23 oktyabr 2023-cü il tarixdə Şəmkir şəhəri travmatik qansızmadan ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1004 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü ildə vəfat etmiş atası X8 nədə ifadə edilməsindən və harda yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1082 reyestr nömrəli ərizənin surətindən görünür ki, X21 xx.xx.2023-cü ildə vəfat etmiş əri X10 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1080 reyestr nömrəli ərizənin surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə vəfat etmiş atası X10 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1083 reyestr nömrəli ərizənin surətindən görünür ki, X22 xx.xx.2023-cü ildə vəfat etmiş atası X10 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1084 reyestr nömrəli ərizənin surətindən görünür ki, X23 xx.xx.2023-cü ildə vəfat etmiş atası X10 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1243 reyestr nömrəli ərizənin surətindən görünür ki, X12 xx.xx.2023-cü ildə vəfat etmiş atası X10 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1244 reyestr nömrəli ərizənin surətindən görünür ki, X27 xx.xx.2023-cü ildə vəfat etmiş atası X10 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-1245 reyestr nömrəli ərizənin surətindən görünür ki, X18 xx.xx.2023-cü ildə vəfat etmiş atası X10 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 989 nömrəli Şəmkir rayon notariat ofisinin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 qalmış miras əmlaka dair xx.xx.2024-cü il tarixdə 33 saylı vərəsəlik işi açılmış, mərhum vərəsəsi ilkin olaraq Cavabdeh1 müəyyənləşmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8İ-17022 reyestr nömrəli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4ndan qalan miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üzrə Şəmkir rayon notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan “notariat əməliyyatının aparılmasında imtina edilməsinə dair” 22.102024-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X24 ndan qalan əmlakla mirasın açılmasına baxmayaraq İddiaçı Azərbaycan Respubliası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrində nəzərdə tutulmuş qaydada mirası qəbul qtməmiş mirsasın qəbulu üçün qanun vericilikdə nəzərdə tutulan müddəti buraxılmasına görə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mərhum X25 17 may 1994-cü il tarixdə vəfat etmiş, bundan sonra onun oğlu İddiaçı xx xxxx 1994cü il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. X25 17 may 1994-cü il tarixdə vəfat etdikdən sonra iddiaçının anası İddiaçı doğulduqdan sonra bir müddət qaynatası X20 ilə bir ünvanda yaşamış, sonradan uşaqları da götürərək Bakı şəhərinə gedərək daimi olaraq Bakı şəhərində yaşamağa başlamışdır. İddiaçının X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X1 qalmış miras əmlakdan xx.xx.2024-cü il tarixdə X10 vərəsələri X18, X27, X12, X23, X22, X11 və X21 miras əmlakdan onlara çatası paydan Cavabdeh1 xeyrinə imtina etmişlər. xx.xx.2024-cü il tarixdə İddiaçı Şəmkir rayon 1 saylı Notariat Ofisinə ərizə təqdim edərək miras əmlakdan ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə əlaqədar notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “X1 qalmış miras əmlak üzərində vərəsə tanınmağın və miras əmlakdan payının müəyyən edilməsi”nə aid hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddia tələbinin X1 qalmış miras əmlaka görə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılmasına aid hissədə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri vərəsəliklə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müvafiq maddələri əsasında həll olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi İddiaçı atası Abil İsmayılov 17 may 1994-cü il tarixdə vəfat etmiş, babası Dəmir İsmayılov isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mirasın açıldğı vaxt miras qoyan Dəmir İsmayılovun vərəsəsi olan oğlu Abil İsmayılov artıq vəfat etdiyindən onun oğlu Əli X3 üzrə vərəsəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Həmçinin məsələ ilə əlaqədar xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət keçmişsə, o, mirasdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 1942 və 1943-cü maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Məhkəmə qeyd edir ki, miras açıldığı andan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı doğulduqdan sonra babası ilə qısa müddət yaşasa da anası ilə birlikdə Bakı şəhərinə getdiyini və hal-hazıra qədər Bakı şəhərində yaşamasını qeyd etmiş, babası ilə telefon vasitəsi ilə əlaqə saxlasa da, Bakı şəhərində anası ilə birlikdə yaşadığından onun ölümündən xəbərdar olmamasını qeyd etmiş, ölümündən xəbərdar olmadığı üçün Notariat Orqanına müəyyən edilmiş vaxt ərzində müraciət etməmişdir. X32 ölümünü öyrəndikdən dərhal sonra Şəmkir Rayon 1 saylı Notariat Ofisinə onun da payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçının qeyd etdiyi hallar cavabdeh və onun nümayəndəsi tərəfindən təkzib edilməmiş, iddiaçının kiçik yaşlarından Bakı şəhərində yaşamasını, Dəmir İsmayılovun ölümündən xəbərsiz olmasını qeyd etmişlər. Cavabdehlər isə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü saymaması üçün hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 miras qalmış əmlakın İddiaçı tərəfindən mirasın qəbul edilməsinin gecikdirilməsinin səbəbləri üzrlü sayılmalı və mirasın qəbul edilməsi vaxtı (müddəti) uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 miras qalmış əmlakın İddiaçı tərəfindən mirasın qəbul edilməsinin gecikdirilməsinin səbəbləri üzrlü sayılsın və mirasın qəbul edilməsi vaxtı (müddəti) uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi 2(076)-355/2025 Azərbaycan Respublikası Şəmkir Rayon Məhkəməsi Ərizənin baxılmamış saxlanması barədə QƏRARDAD Şəmkir şəhərində 19 mart 2025–ci il Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X13, Cavabdeh X5 X14 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi, vərəsəliyin və miras əmlak üzərində payının müəyyən edilməsi” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X7 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 qalmış miras əmlaka görə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməklə ötürülmüş müddətin bərpa edilməsi, X1 qalmış miras əmlak üzərində vərəsə tanınmağın və miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X26 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X27 iddianı qəbul etməyərək, İddiaçı mərhum X29 oğludur. İddiaçı 1994-cü ildə X29 şəhid olduqdan sonra anadan olmuşdur. X36 ailəsi qardaşı şəhid olduqdan bir il sonra onlardan ayrılaraq çıxıb getmişdir. X29 həyat yoldaşı Rəna Qurbanova yenidən ailə qurmuşdur. Atası mərhum X20 23 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. X37 vəfatı ilə əlaqədar İddiaçı məlumat verilməmişdir. X44 hər dəfə Bakı şəhərində gedəndə qardaşı uşaqları Əli və Türkanla görüşürdü. X29 uşaqları onlarla ünsiyət qurmadığından X44dan miras qalan əmlakdan pay istəməyə ixtiyarları yoxdur. Ona görə də iddanın rədd edilməsini xahiş etdi. Cavabdeh Şəmkir rayon notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, hesab edir ki, iddia tələbinin “X1 qalmış miras əmlak üzərində vərəsə tanınmağın və miras əmlakdan payının müəyyən edilməsi”nə aid hissədə iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh Şəmkir rayon notariat ofisinə iddia tələbinin X8 qalmış miras əmlak üzərində vərəsə tanınmağın və miras əmlakdan payının müəyyən edilməsi ilə bağlı müraciət etməmiş, qeyd edilən tələbə aid hissədə imtina verilməmişdir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər X7 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi, vərəsəliyin və miras əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin “X1 qalmış miras əmlak üzərində vərəsə tanınmağın və miras əmlakdan payının müəyyən edilməsi”nə aid hissədə iddia baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260, 263- 264, 267-268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər X7 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi, vərəsəliyin və miras əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin “X1 qalmış miras əmlak üzərində vərəsə tanınmağı və miras əmlakdan payının müəyyən edilməsi”nə aid hissədə iddia baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-355/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-355/2025
19.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver