Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3588/2024 26.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Qaranüy kəndində yaşayır. “Azəriqaz” İB–nin əməkdaşlarının tərtib etdiyi akta əsasən guya sayğaca müdaxilə edilməsi aşkar edilmiş, buna görə də 1.211 manat cərimə hesablanmışdır. Eyni zamanda mərhum atası X1 adına olan sayğacın dəyişdirilməsi barədə akt tərtib edilmişdir. Akt tərtib edilən zaman atası sağ olmuş, valideynləri yaşlı olduqlarından onların sayğaca müdaxilə etməsi mümkünsüz olmuşdur. Belə ki, özü uzun müddətdir Rusiya Federasiyasında yaşayır. Bundan sonra tərtib edilmiş aktdan məlumatı olmuş və qaz nəzarətçilərinə sayğaca müdaxilə etmədiklərini bildirsə də, ona ola bilsin ki, sayğacı dəyişən zaman zədələnməsi bildirilmişdir. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatı olmamışdır. Bu hal isə ona dəlalət edir ki, akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, 1.211 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı mərhum atası X1 adınadır. “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilmiş və guya sayğaca müdaxilə edilməsi barədə xx.xx.2023–cü il tarixli akt tərtib etmişlər. Belə ki, guya sayğacın hesablama mexanizmin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilib sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcminin qeyd edilməməsi müəyyən edilmiş, bununla da guya sayğaca müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Halbuki, o, tərtib edilmiş aktla razılaşmamışdır. Belə ki, həmin qaz sayğacı çöldə yerləşir və sayğaca hər hansı müdaxilənin edilməsi qeyri–mümkündür. Həmçinin, qeyd edir ki, akt tərtib edilən zaman həmin evdə yaşlı vaildeynləri yaşamış, onlar isə sayğaca hər hansı müdaxilə etməmişlər. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, valideynləri istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və heç vaxt borcu olmamışdır. Hazırda isə həmin evdə yaşlı anası tək yaşayır, atası xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. Anası da təbii qazın dəyərini gecikdirmədən ödəyir. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Hazırda “Azəriqaz” İB–nin əməkdaşları həmin borcun ödənilməsini tələb edirlər, əks halda təbii qazın verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Qaranüy kəndində yerləşən istehlakçı X3 məxsus ünvanda yoxlama zamanı sayğacın hesablama mexanizmin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilib sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcminin qeyd edilməməsi aşkarlanmış, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2023–cü ilin yanvar ayına Şəmkir rayonu, Qaranüy kənd sakini olan abonent X1 adına 1.036,80 manat borc hesablanmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı, atası X5, anası X2 olmaqla, xx.xx.1987–ci il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Qaranüy kəndində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İB–nin xidmət dairəsində mərhum atası X1 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2023–cü il tarixdə baxış zamanı sayğacın hesablama mexanizmin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilib sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcminin qeyd edilməməsi müəyyən edilməklə, sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X8” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8– 1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçının mərhum atası yaşadığı evdə “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə etmişdir. Həmin ünvanda xx.xx.2023–cü il tarixdə yoxlama zamanı sayğacın hesablama mexanizmin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilib sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcminin qeyd edilməməsi aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X4”nın pozulması ilə bağlı xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 1.036,80 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi abonentin törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də abonentin sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2023–cü il tarixli ******* saylı akt əsasında “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X4nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin əməkdaşları xx.xx.2023–cü il tarixli aktı tərtib edərkən abonentin aktı imza etməkdən imtina etməsini qeyd etmiş, habelə aktın qeyd hissəsində abonentin qapısının bağlı olmasını göstərmişdir. Bu hal isə bir daha onu deməyə əsas verir ki, tərtib edilmiş akt heç bir sübuta əsaslanmadan, formal şəkildə tərtib edilmişdir. Məhkəmə, həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, sayğacın evin daxilində deyil, küçədə yerləşməsi nəzərə alınsa, həmin sayğaca hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X4nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X4nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(076)-3588/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3588/2024
26.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver