Məhkəmə qərarları › İş №2(076)-359/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-359/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-359/2025 05.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi oğlu “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən ailə üzvlərinə və səhvən mərhum həyat yoldaşı X6 verilmiş Torpağın mülkiyyət hüququna dair JN 1657 KOD 50401004 nömrəli dövlət Aktının digər ailə üzvləri ilə birgə mərhum həyat yoldaşına, yəni X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.1947-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. 1947-ci ildən hal hazıra kimi Şəmkir şəhəri, Şirvani küçəsi 24A nömrəli evdə yaşayır. 16 avqust 1974-cü ildə xx.xx.1952-ci il təvəllüdlü X9 ilə evlənmişlər. Onların birgə nikahdan X14, X15 və X13 adlı 3 övladı olmuşdur. Həyat yoldaşı X9 05 may 2003-cü ildə, oğlu X14 isə xx.xx.2023-cü ildə vəfat etmişlər. Mərhum həyat yoldaşı X9 xx.xx.1952-ci ildən hal-hazıradək X2 olmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası DTXC Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən onların ailəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-1657 KOD 50401004 nömrəli Dövlət X1 familiyasını, Cəfərova, soyadını (atasının adını) səhv olaraq İbrahim qızı kimi yazılmışdır. Bu səbəbdən o ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı həmin torpaqla bağlı hüquqlarından istifadə edə bilməmişdir. Odur ki, bununla bağlı əlaqədar olaraq o AR ƏMDKYDƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsinə müraciət etmişdir. O aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Ona görə ərizəçiyə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən ailə üzvlərinə və səhvən mərhum həyat yoldaşı X6 verilmiş Torpağın mülkiyyət hüququna dair JN 1657 KOD 50401004 nömrəli dövlət Aktının digər ailə üzvləri ilə birgə mərhum həyat yoldaşına, yəni X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-1657 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli, 97 saylı qərarı ilə Şəmkir rayonu, Morul kəndində yerləşən 0.45 ha torpaq sahəsi Ərizəçi, X5, X10, X11 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AЗ seriyalı 675879 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1952-ci il tarixdə verilmiş Şəmkir rayonuda doğulmuşdur. İş materiallarında olan AЗ seriyalı 284297 nömrəli X3 təsdiq olunmuş surətindən görünür ki, Cəfərov X8 Natella Cəlil qızı ilə 16 avqust 1974-cü il tarixdə nikahları 68 qeydi ilə bağlanmışdır. Nikahdan sonra ərə “Cəfərov”, arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan AZ seriyalı 141918 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 05 may 2003-cü il tarixdə Şəmkir şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-C-005-35/24 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir şəhərində yerləşən torpaq 0.45 ha torpaq sahəsinə dair verilmiş JN-1657 kod-50401004 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin arvadı, ona məxsus bütün sənədlərdə “X9” kimi göstərilsə də, JN-1657 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında adı “X12” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X12” ilə doğum haqqında şəhadətnaməsində və digər sənədlərdə göstərilən “X9”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1657 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə ərizəçinin mərhum həyat yoldaşına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-1657 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-1657 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar