Məhkəmə qərarları › İş №2(076)-36/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-36/2024

06.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-36/2024 06.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə” dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən, Şəmkir rayonunun Dəllər Qəsəbəsi ərazisindən keçən "Qazıməmməd-Qazax" İ-ci xətt magistral qaz kəmərinin mühafizə zonasında, qaz kəməri ilə 5-(beş) metr məsafədə quraşdırılmış dəmir hasarın, 15 (on beş) metr məsafəsində quraşdırılmış istixanaların və tikilmiş yaşayış binasının cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametiri Dş 1020 mm-lik yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərlə 5-(beş) metr məsafədə dəmir hasar çəkərək həmin hasarın içərisində qaz kəmərindən 15 metr məsafədə yaşayış evi tikilmiş və istixana quraşdırılmışdır. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən magistral qaz kəmərinin 50-metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tərəfindən quraşdırılmış istilikxana yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh tərəfindən, Şəmkir şəhəri ərazisindən keçən "Qazıməmməd-Qazx" İ-ci xətt magistral qaz kəmərinin mühafizə zonasında, qaz kəməri ilə 5-(beş) metr məsafədə quraşdırılmış dəmir hasarın, 15 (on beş) metr məsafəsində quraşdırılmış istixanaların və tikilmiş yaşayış binasının cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını, ekspert və mütəxəssis rəylərini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Qazax MQKS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Qazıməmməd-Qazax MQK İ xətti 303.2 km Ds-1020 mm, işçi təzyiq 55 A+m magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 5 m dəmir hasar, 15 metr məsafədə yaşayış binası və istilikxana inşa olunması aşkar olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsinin Qazax Magistral X6 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, 118,3 km uzunluğu olan yeraltı, “Qazıməmməd-Qazax” 1020 mm-lik İ xətt magistral qaz kəməri 1970-ci ildə istismara verilmişdir, hal-hazırda Qazax MQKS-nin balansında olmaqla 12 atmosfer işçi təzyiqi altında istismar olunur. İşdə olan xx.xx.2021-ci il tarixli, **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri ərazisində 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri ərazisində 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir şəhəri ərazisində quraşdırılmış dəmir hasar və istilikxananın 100 kv.m hissəsi bələdiyyə mülkiyyətində, istilikxananın 404 kv.m hissəsi və yaşayış binası isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində quraşdırılmışdır. Quraşdırılmış dəmir hasar, istilikxana və yaşayış binası həmin ərazidən keçən “Qazıməmməd-Qazax” 1020 mm-lik İ xətt magistral qaz kəmərindən 16 m və 22 m məsafədə yerləşir. Cavabdeh tərəfindən quraşdırılmış istilikxananın 404 kv.m hissəsi və 34.28 kv.m yaşayış binası reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və Şəmkir şəhəri ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindədir. Qeyd olunan qaz kəmərinin mühafizə zonası tikinti-texniki normalara əsasən 25 metr təşkil edilməklə, həmin dəmir hasar, istilikxananın 100 kv.m hissəsi və yaşayış binasının 23.8 kv.m hissəsi magistral qaz kəmərinin mühafizə zonasına düşür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8175 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir şəhəri ərazisində quraşdırılmış dəmir hasar və istilikxananın 100 kv.m hissəsinin bələdiyyə mülkiyyətində, istilikxananın 404 kv.m hissəsinin və yaşayış binasının isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində quraşdırıldığı, quraşdırılmış dəmir hasarın, istilikxananın və yaşayış binasının həmin ərazidən keçən “Qazıməmməd-Qazax” 1020 mm-lik İ xətt magistral qaz kəmərindən 16 m və 22 m məsafədə yerləşdiyi, Cavabdeh tərəfindən quraşdırılmış istilikxananın 404 kv.m hissəsinin və 34.28 kv.m yaşayış binasının reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və Şəmkir şəhəri ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində olduğu, qeyd olunan qaz kəmərinin mühafizə zonası tikintitexniki normalara əsasən 25 metr təşkil edilməklə, həmin dəmir hasarın, istilikxananın 100 kv.m hissəsinin və yaşayış binasının 23.8 kv.m hissəsinin magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiaçı təşkilatın tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999–cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1–ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998–ci il tarixli 773 saylı Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Qaydaların 2.7–ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonaları təyin edilir:–boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi qeyd olunan normativ–hüquqi aktın sadalanan tələblərinə görə magistral boru kəmərlərinin mühafizə zonası kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrində yerləşən “Qazıməmməd Qazax” 1-ci xətt 1020 mm magistral qaz kəmərin orta oxundan hər tərəfə 25 metr müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, həqiqətən Cavabdeh tərəfindən Şəmkir şəhəri ərazisində kənd təsərrüfatı üçün yararlı olan torpaq sahəsində inşa edilmiş 404 kv.m istilikxana və yaşayış binası həmin kənddən keçən “Qazıməmməd Qazax” 1-ci xətt 1020 mm magistral qaz kəməri xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan qaz kəmərinin mühafizə zonası tikinti-texniki normalara əsasən qaz kəmərin orta oxundan hər tərəfə 25 metr təşkil edir, istilikxana və yaşayış binası kəmərin mühafizə zonasına düşür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19–cu maddəsinin İ hissəsinə əsasən sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin maddənin İİ hissəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi qanunda mühafizə zonasında inşa edilmiş tikilinin mühafizə zonasının sərhədlərinədək kənarlaşdırılmasını nəzərdə tutur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndi tətbiq edilməli və qaz təchizatında mühafizə zonası üçün 25 metr məsafənin müəyyən edildiyi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Cavabdeh istifadəsində olan mübahisəli istilikxananın və yaşayış binasının yerləşdiyi torpaq sahəsi tikinti məqsədləri üçün ayrılmadığından və cavabdeh tərəfindən tikintiyə lazımi qaydada icazə alınmadığından, həmin mübahisəli istilikxana və yaşayış binası qanunsuz olaraq özbaşına inşa edilmişdir. Ona görə də cavabdehin həmin özbaşına tikililər üzərində heç bir hüququ dövlət tərəfindən tanınmamış və qeydiyyata alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin istilikxana və yaşayış binası cavabdehin vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Şəmkir şəhəri ərazisində tikinti işlərinin aparılması üçün qanunla müəyyən olunmuş qaydada lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti apardığından, bu tikililər 1020 mm-lik diametrli magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti qaz kəmərinin texniki istismarına və təmirinə maneələr törətdiyindən və orada insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaratdığından Cavabdeh hesabına sökülməli, qaz kəmərinin mühafizə zonası boşaldılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə məsrəflərinə daxil olan məhkəmə tikinti-texniki ekspertizası tədqiqatın dəyəri olan 100 (bir yüz) manat və 100 manat dövlət rüsumu məhkəmə xərci Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri nömrəsi **********47, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 Çıxarışla Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Şəmkir şəhər ərazisində 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində inşa edilmiş “Qazıməmməd Qazax” 1-ci xətt magistral qaz kəmərinin mühafizə zonasına düşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə 04 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən hissəsində Cavabdeh tərəfindən quraşdırılmış dəmir hasar, istilikxananın 100 kv.m hissəsi və yaşayış binasının 23.8 kv.m hissəsi Cavabdeh vəsaiti hesabına sökülsün və mühafizə zonası boşaldılsın. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köüçürülsün. Cavabdeh iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçı “Qaz İxrac” idarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar