Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3601/2025 09.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-261 kod 50401004 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi2 və mərhum X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, Ərizəçi2 1985-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədək bütün hüquqi sənədlərində soyadaı, atasının adı Ərizəçi2 kimi qeyd edilmişdir. Ərizəçi Sevi Məmmədovanın mərhum oğlu X7 2009-cü ildə vəfat etmişdir. Bu günədək bütün hüquqi sənədlərində soyadı və atasının adı X2 qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə onlara 0.47 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-261 kod 50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi2 adı Günel, mərhum Comərd Şirinlinin adı Camaləddin, soyadı isə Məmmədov kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə Dövlət Aktında yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. JN-261 kod 50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, 15 may 2023-cü il tarixli 3-21-3-40/2-M-01xx-xx/2025 saylı məktubla imtina edilmiş və məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Odur ki, hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahidin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-261 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli, 97 saylı qərarı ilə Şəmkir rayonu, Morul kəndində yerləşən 0.47 ha torpaq sahəsi X8, Ərizəçi1, X9, X5 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan XV-JQ seriyalı 429530 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə Şəmkir rayonunda doğulmuşdur, atası X8, anası Ərizəçi1dır. İş materiallarında olan AZE seriyalı 10284740 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə Şəmkir rayonuda doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 331098 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 08 mart 2009-cu il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda vəfat etmişdir. İş materiallarında olan X-JQ seryalı 439277 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə Şəmkir rayonuda doğulmuşdur, atası X8, anası Ərizəçi1dır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə Şəmkir rayonuda doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-M-0125-35/25 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir şəhərində yerləşən torpaq 0.47 ha torpaq sahəsinə dair verilmiş JN-261 kod-50401004 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, mərhum X7 onun dayısı, Ərizəçi2 xalasıdır. Dayısının adı X7, xalasının adı Ərizəçi2dır. Anasının adı Səmadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi2 və Ərizəçi1 mərhum oğlu Comərd Məmmədovun adı, soyadı və ata adı, onlara məxsus bütün sənədlərdə müvafiq olaraq “Ərizəçi2” və “X13 oğlu” kimi göstərilsə də, JN-261 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında Comərd Məmmədovun adı, soyadı və atasının adı “X3” kimi, Ərizəçi2 adı, soyadı və atasının adı “Ərizəçi2” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X3” və “X5” ilə şəxsiyyət vəsiqələrində və digər sənədlərdə göstərilən “X7”nun və “Ərizəçi2”nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-261 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının doğum haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqələrinin surətlərində ərizəçilər tərəfindən, həmiş şəxslərin özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-261 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X4 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-261 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X4 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3601/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3601/2025
09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver