Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3608/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi oğlu “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-519 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının və JN 519F (KOD ********) nömrəli Torpağın mülkiyyət hüququna dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o hazırda Şəmkir rayonu Yeni Hayat kəndində yaşayır. Şəmkir rayonu Yeni Hayat kənd ərazisində Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qararı ilə JN-519 (KOD ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onun mülkiyyətinə 0.08 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə JN-519F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyatinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair JN-519 (KOD ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında va JN-5191 (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun soyadı, adı va atasının adı yanlış olaraq "X2" kimi göstərilmişdir. Ancaq onun bütün sənədlərində soyadı, adı və atasının adı Ərizəçi qeyd edilmişdir. Onun adında yanlışlıq olduğundan mülkiyyətində olan torpaq sahələri ilə bağlı sənədləşmə işlərini apara bilməmişdir. Hazırda qeyd olunan Torpağa Mülkiyyat Hüququna dair Dövlət Aktında və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan yanlışlığı aradan qaldıra bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən JN-519 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının və JN 519F (KOD ********) nömrəli Torpağın mülkiyyət hüququna dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçi izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-519 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə X1 mülkiyyətinə Şəmkir rayon, Yeni-Həyat kənd ərazisində 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-519F KOD 50402028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir rayonu X3 xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 0,10 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Lenin qəsəbə İcra nümayəndəliyi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş İ-ЖГ 293009 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Şəmkir rayonu Lenin qəsəbəsində doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1989-cu il tarixdə verilmiş НЗ ******* nömrəli Hərbi Biletdən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi 1989-cu il tarixdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-7-0037-35/24 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi məxsus olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən torpaq sahələrinə dair tərtib edilmiş JN-519 kod- 50402028 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda və JN-519F saylı Şəhadətnaməsində səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi oğlu” kimi göstərilsə də, JN-519 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının və JN 519F (KOD ********) nömrəli Torpağın mülkiyyət hüququna dair Şəhadətnamədə adları “X2” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X2” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-519 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının və JN 519F (KOD ********) nömrəli Torpağın mülkiyyət hüququna dair Şəhadətnamənin, doğum haqqında şəhadətnamə, hərbi bilet, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-519 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN 519F (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-519 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN 519F (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3608/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3608/2024
20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver