Məhkəmə qərarları › İş №2(076)-361/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-361/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-361/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-2020 KOD 50401004 nömrəli Torpağın Mülkiyyətə hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçilər hazırda Şəmkir şəhərində yaşayırlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli, 97 saylı qərarı ilə ərizəçilərə və ailə üzvilərinin ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-2020 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 adı "Elnarə" kimi, Ərizəçi2 ata adı "Bəhlul" kimi göstərilmişdir. Ancaq onların bütün sənədlərrində soyadları, adları və ata adları Ərizəçi1 və Ərizəçi2 qeyd edilmişdir. Onların adlarında yanlışlıq olduğundan mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmirlər. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan yanlışlığı aradan qaldıra bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində ərizəçilərin onun qonşuluğunda yaşamasını, Ərizəçi2 atasının adının Qəhrəman olmasını digər ərizəçinin adının isə Elnurə olmasını qeyd etmişdir. Məhkəmə iclasında ifadə vermiş X20 şahid Yusifova KifayətRza qızının ifadəsindəki xüsusatlarla eyni məzmunlu ifadə verərək Ərizəçi2 atasının adının Qəhrəman olmasını digər ərizəçinin adının isə Elnurə olmasını qeyd etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-2020 nömrəli, 50401004 kodu olan, Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, xx.xx.2006-cı ildə X6, Ərizəçi2 Bəhlul qızına, X4, X5 Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı əsasında Şəmkir rayon, Morul kəndində yerləşən 0.36 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AЗ-603385 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxx 1954-cü ildə doğulmuşdur. İş materiallarında olan AЗ 248083 nömrəli evlanmək haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Zərifə Qəhrəman qızı ilə 09 dekabr 1972-ci il tarixində evlənmişlər. Evlənmə qeyd ediləndən sonra ərə “Məhərrəmov”, arvada “Məhərrəmova” soyadı verilmişdir. İş materiallarında olan Vİİ-ЖГ 311879 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1980-ci ildə doğulmuşdur. Atası qrafasında X11, ana qrafasında Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 251728 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Elnurə Nəsib qızı ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Əsgərov”, arvada “Əsgərova” soyadı verilmişdir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli 3-21-3-40/2-M-0456-35/23 nömrəli Ərizəçi2 müraciətinə əsasında Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş JN-2020, kod-50401004 saylı “Dövlət Aktı”nda qeyd olunan ad və ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad və soyadlarnda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bunun bağlı məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan AZ-883538 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci ildə ölmüşdür. Ölüm səbəbi ağciyər-ürək çatmamazlığı, Essensial hiperteziya qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adları, onlara məxsus bütün sənədlərdə “Əsgərova (Məhərrəmova) Elnurə Nəsib” və “Məhərrəmova (Tağıyeva) Zərifə Qəhrəman” kimi göstərilsə də, JN-2020 KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında adları müvafiq olaraq “X10” və “Ərizəçi2 Bəhlul qızı” kimi göstərilmişdir. Aktda göstərilən “X10” və “Ərizəçi2 Bəhlul qızı” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X9”nın və “Ərizəçi2” nın eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-2020 KOD 50401004 saylı Torpağın Mülkiyyətə Hüququna dair Dövlət Aktı, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-2020 KOD 50401004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-2020 KOD 50401004 nömrəli “Torpağa Mülkiyyət Hüqununa dair Dövlət Aktı”nın Əsgərova (Məhərrəmova) Elnurə Nəsib qızına və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar