Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3617/2025 28.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNЕТDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o və qardaşı xx.xx.1981-cü ildə anadan olmuş X11, atası-X12 ilə anası-X15 birgə ailə həyatınlarından dünyaya gəlmişilər və qeyd olunan ünvanda yaşayırlar. X3, xx.xx.2009-cu ildə, anası X20 xx.xx.2013-cüi idə vəfat etmişlər. Qardaşı, X11 ailə qurmamış, onunla birgə ailə şəraitində yaşayır. Qardaşı, X1 baş vermiş ruhi-əsəb yəni, Şizofreniya Paranoid forma və xəstəliyindən əziyyət çəkdiyindən uzunmüddətli müayinələrdən və Gəncə Ruhi-əsəd dispanserində aldığı müalicələrdən sonra da müsbət təsir etməməsinə görə ərizə əsasında Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-174742020 saylı qətnaməsi əsasında X25 Xəstəxasına yerləşdirilmiş, xx.xx.2021-ci ildən 2-ci qrup əlil kimi qeydiyyata alınaraq müavinət təyin edilmişdir. Həmçinin, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 153 saylı sərəncamı əsasında qardaşı X16 digər qardaşı X6 qəyyum təyin edilmiş, Hafiz Əliyevin xx.xx.2025-ci il tarixdə vəfat etməsindən sonra qardaşı X5 qəyyumu yoxdur. Qardaşı, X11 normal həyatda nəzarətsiz davrana bilmir, ailədə və məişətdə kimsənin daimi nəzarətində olmaq zərurəti tələb olunur. O isə ailəsinin maddi təminatını təmin etmək üçün evdən kənar şəraitdə müxtəlif işlərdə işləmək məcburiyytəində olduğundan daimi olaraq evdə qalıb qardaşının həyat fəaliyyətinə nəzarət edə bilmir. Qardaşı, X6 qəyyum təyin edilərək dövlətdən müvafiq maddi müavinət almaq üçün maraqlı şəxsə müraciət etdikdə qardaşının yalnız məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi halda onun ona himayəçi təyin ediməyi barədə müvafiq qərar qəbul edilməsinin mümkünlüyü, əks halda isə onun qardaşı üçün qəyyum təyin edilməyinin mümkün olmaması maraqlı şəxsin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir. Ərizəçi oğlu məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X3, anası X20 olmaqla, xx xxx 1970–ci il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X11 atası X3, anası X20 olmaqla, 27 yanvar 1981–ci il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünürki, ərizəçinin X3 xx.xx.2009-cu il tarixdə anası X20 xx.xx.2013-cü il vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN–nin Şəmkir TSEK tərəfindən verilmiş 0346003AAQ21 saylı X13 görünür ki, X6 “ Qalıq şizofreniya, Şizofreniya paranoid forma” diaqnozu qoyulmaqla, müddətsiz İİ qrup əlildir və əlillik vəya sağlamlıq imkanının məhdudluğu təyin edilmişdir. İşdə olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)- 174742020 saylı qətnaməsindən görünür ki, 27 yanvar 1981 -ci il tarixdə şəmkir şəhərində doğulmuş, ünvan 1 ünvanında yaşayan X11 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixiatriya Xəstəxanasına qeyri könüllü yerləşdirilməsi qət edilmişdir. İşdə olan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 153 saylı sərəncamından görünür ki, 27 yanvar 1981-ci il tarixində Şəmkir şəhərində anadan olmuş, İİ qrup əlil X2 şəhər sakini X7 qəyyumluğuna verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 qəyyumu X16 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 X23 X10 xx.xx.2025–ci il tarixli 851 saylı ambulator məhkəmə–psixiatrik ekspertizasının rəyindən görünür ki, X11 zahirən narahat və gərgindir. Bir yerdə qərar tutmur. Bələdliyi öz şəxsiyyətinə, zamana və məkana görə zəifləmişdir. Kontakta çətinliklə daxil olur. Verilən suallardan yayınır. Nitqi ləngdir. Təfəkkürü parologikdir, az produktivdir. Autizm əlamətləri qeyd olunur. Eşitmə hallüsinasiyalarının təsiri altında olması təsəvvürü yaradır. Mühakimələrinin səthi olması nəzərə çamır. Emosional sferası solğundur. Maraq dairəsi məhduddur. Keçirilən ekspertizanın məqsədini dərk etmir, onun nəticələri ilə qətiyyən maraqlanmır. Öz vəziyyətinə qarşı tənqid aşkar etmir. Bununla əlaqədar olaraq X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X5 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə– psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X11 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8–ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2–ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş–bacıların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X4 doğma qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2–ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci və 217.4–cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTЕТDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş qardaşı X11 fəaliyyət qabiliyyəti olmayan sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-3617/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3617/2025
28.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver