Məhkəmə qərarları › İş №2(076)-3634/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3634/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3634/2025 05.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X13 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən ona, yəni ərizəçi Qasımov "Gündüz Behbud oğluna" və digər üzvüləri ilə birgə Qasımova "Cavahir Qədim" qızına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamənin Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli Dövlət aktının ona, yəni Ərizəçi1 və digər üzvüləri ilə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən ona, yəni ərizəçi Qasımov "Gündüz Behbud oğluna" digər ailə üzvüləri ilə birgə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamənin və JN:0096 Kod ******* nömrəli Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən ərizəçi Qasımova "Cavahir Qədim"qızına onunla birgə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamənin Ərizəçi2 məxsus olması fakın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, o, yəni Ərizəçi1 xx.xx.1976 -cı il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Ərizəçi2 xx.xx.1951-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Doğulduğu vaxtdan hal-hazıradək onun, yəni Ərizəçi1 adı Gündüz, ata adı Behbud oğlu olmuşdur. Ərizəçi2 doğulduğu vaxtdan adı Cavahir, ata adı Qədim olmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası sabiq DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən ailəyə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamədə və JN:0096 Kod 50405038 Dövlət aktında səhv olaraq onun, yəni Ərizəçi1 adı 'Kyhdyz" ata adı Behbud qızı yazılıb. Ərizəçi2 adı Azərbaycan Respublikası sabiq DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən ailəyə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamədə səhvən adı"Cəvahir", ata adı "Qədir" yazılmışdır. Bu səbəbdən, həmin torpaqla bağlı hüquqlardan istifadə edə bilmirlər. Odur ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsinin səlahiyyətlərinin icrasının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həvalə olunduğu AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Onlara aidiyyəti üzrə Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə qeyd etdiyi səhvlərin düzəldilməsi üçün əhkəməyə müraciət etməli olmuşlar. Yuxarıda göstərdiklərini ərizəyə əlavə etdiyi şəxsiyyət vəsiqələrinin sürətləri, Şəmkir rayon Sarıtəpə İƏD-si üzrə nümayəndəliyinin verdiyi akt və məhkəməyə təqdim edəcəyi şahidlərlə təsdiq edilir. Məhkəmə iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, ərizəçilər ilə uzun müddətdir mehriban münasibətləri olmuşdur, onlar Tovuz rayonunda doğulublar onları Ərizəçi2 və Ərizəçi1 kimi tanıyır, mülkiyyətə dair sənəddə yanlışlıq olmuşdur. Məhkəmə iclasında şahid X4 izahatında bildirdi ki, Şəmkir rayonu, Düyərli kəndində doğulub ərizəçilər ilə uzun müddətdir mehriban münasibətləri olmuşdur, onları Ərizəçi2 və Ərizəçi1 kimi tanıyır, mülkiyyətə dair sənəddə yanlışlıq olmuşdur. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 168 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamədən və Torpağa mülkiyyət hüququ haqqında JN:0096 KOD 50405038 nömrəli Dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə 4.98 ha torpaq sahəsi ailə üzvləri ilə birlikdə Qasımova “Cəvahir” “Qədir” qızı və Qasımov “Kunduz” Behbud “qızı”nın mülkiyyətinə verilmişdir. Ərizəçilər qeyd edir ki, həmin sənədlərdə Ərizəçi2 və Ərizəçi1 ad məlumatları qeydi yanlış aparılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçilərin ad məlumatları Ərizəçi2 və Ərizəçi1 kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamə və Torpağa mülkiyyət hüququ haqqında JN:0096 KOD 50405038 nömrəli Dövlət aktında səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Şəmkir Rayon Sarıtəpə kəndi Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, JN-0096 kod 50405038 nömrəli Torpağa mülkiyyət X12 Aktında və JN-001A kod 50405038 nömrəli Şəhadətnamədə Ərizəçi1 soyad və adı səhvən X1 göstərilmişdir. Ərizəçi2 ad və ata səhvən X2 göstərilmişdir. Əslində isə Ərizəçi1, Ərizəçi2 olmalıdır. Bu kənddə X5, X3 heç vaxt qeydiyyatda olmadığı və yaşamadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə Ərizəçi2 və Ərizəçi1 ad məlumatları düzgün göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamə və Torpağa mülkiyyət hüququ haqqında JN:0096 KOD 50405038 nömrəli Dövlət aktında adları yanlış qeyd edilmişdir ki, bu isə onların eyni şəxslər olması barədə şübhə doğurmur. Belə ki, həmin sənəddə yanlışlıq olması barədə kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamənin və Torpağa mülkiyyət hüququ haqqında JN:0096 KOD 50405038 nömrəli Dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN:001A, KOD 50405038 nömrəli şəhadətnamənin və Torpağa mülkiyyət hüququ haqqında JN:0096 KOD 50405038 nömrəli Dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar