Məhkəmə qərarları › İş №2(076)-3673/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3673/2024

20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3673/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “sayğacdan kənar hesablama mexaniziminə tələb olunan borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablama mexaniziminə görə tələb olunan abonent İddiaçı Qəmbər qızına əsassız olaraq borc kimi yazılmış 1512 (bir min beş yüz on iki) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon sakini X3 S.Məmmədov ünvanında ailə üzüvlər ilə birlikdə yaşayır iddia tələbi X1 əməkdaşları tərəfindən əsassız yerə istehlakçı olaraq ona sayğacdan kanar qeyri-qanuni təbii qazdan istifadəçi kimi cərimə tədbiq olunmuşdur. "Azəriqaz” X2 X6 İdarəsinin əməkdaşları tarixini dəqiq müəyyən etməsə də Şəmkir rayon S. Məmmədov küçəsində olan fardi yaşayış evinə mülkiyyətçi kimi Abonent **********00330- li kodlu sayğac tipi Elster G-4- zavod nömrəsi No 4796780-li sayğac qaz xəttinə qoşularaq müqavilə əsasında istifadəyə verilmişdir. Üstündən illər keçdikdən sonra cavabdehin nümayəndələri onun yaşadığı ünvana gəlǝrǝk 02 mart 2020-ci il tarixində qaz sayğacına baxış keçirərək ******* nömrəli Akt tərtib etmişlər ki, guya hesablama mexanizimi keçən qazı qeyd etmir, sol tərəfində əzik izləri, istixanada qeyri standart soba istifadə olunur. Sayğac yenisiylə həmin tarixdə ******* nömrəli Akt əsasında markası G4 olan zavod nömrəli ******* nömrəli sayğac əvəz olunmuşdur. Bir müddət keçdikdən sonra "Azəriqaz"-ın əməkdaşları bildirdilər ki, ona 1512 ( min beş yüz on iki ) manat borc yazılmışdır. Qeyd edilənlərə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablama mexaniziminə görə tələb olunan abonent İddiaçı Qəmbər qızına əsassız olaraq borc kimi yazılmış 1512 (bir min beş yüz on iki) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 1512 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Şəmkir şəhəri, S.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə qoşulmuş sayğaca baxış keçirilmişdir. Aktda aşağıdakılar qeyd olunmuşdur: ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğaca müdaxilə olunaraq zavod nömrəsi olan lövhə dəyişdirilmişdir. Hesablama müxanizimi keçən qazı qeyd etməməsi və sorucu vasitəsi ilə istixanada 1 ədəd qeyristandart soba istifadəsi aşkar olunması aşkar olunmuşdur. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Şəmkir şəhəri, S.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə qoşulmuş sayğaca aktda aşağıdakılar qeyd olunmuşdur: ARDNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2020-ci il tarixli MSK 29/1710-00477-2 saylı akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın zavod seriya nömrəsi yazılmış lövhə dəyişdirilib sayğacın çıxış plasmas borusu deşilib sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, çarx yerində aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli AKT ******* nömrəli akt əsasında dəymiş ziyan həcmi 12960 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli AKT ******* nömrəli akt əsasında dəymiş ziyan həcmi 2160 m3 hesablanmışdır. İş materiallarında olan ünvan 2 ünvanında abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2020-ci ilin mart ayında 1296 manat, 2021-ci ilin aprel ayında 216 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli qüsur aktı ilə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın hesablama mexanizminin qeyd etməməsi və sorucu vasitəsilə istixanada 1 ədəd qeydi standart sobadan istifadəsi aşkar edildiyi qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli qüsur aktı ilə sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın zavod seriya nömrəsi yazılmış lövhə dəyişdirilib sayğacın çıxış plasmas borusu deşilib sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, çarx yerində aşkar olunmaması qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1512 manat pul tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı sayğaca müdaxilə olunması qeyd edilərək “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X4”nın pozulması ilə bağlı xx.xx.2020-ci il tarixli, ******* nömrəli saylı və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Həmçinin, həmin aktlara əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, xx.xx.2020-ci il tarixli, ******* nömrəli saylı və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlar əsasında iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X4nın pozulması halına görə hesablanmış cəmi 1512 (bir min büş yüz on iki manat) manat cərimə borcu silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə təbii X4nın pozulması haqqında aktlara əsasən abonent İddiaçı adına hesablanmış cəmi 1512 (bir min büş yüz on iki manat) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar