Məhkəmə qərarları › İş №2(076)-3740/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3740/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3740/2025 11.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Ərizəçinin nümayəndəsi X6 iştirakı ilə Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 1994-cü ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı X3 qeyd edilmişdir. Sonradan ailə həyatı qurduğu üçün soyadı Həşimova olmuşdur. Şəmkir rayon AİK-nın 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə onlara 0.39 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında soyadı Vəliyevə kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 18 iyun 2025-ci il tarixli 3-21-3-40/2-V-0006- 35/25 saylı məktubla imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi X10 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Həmin sənəddə ərizəçinin soyadı Vəliyevə olaraq göstərilmişdir, halbuki rəsmi sənəddə onun soyadı Mövsümlü, ailə həyatı qurduğu üçün soyadı Həşimova olmuşdur. Hazırda ərizəçi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı qızıdır. Ərizəçinin soyadı Mövsümlü, ailə həyatı qurduqdan sonra isə soyadı Həşimova olmuşdur. Ərizəçiyə və anasına JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında torpaq sahəsi verilmişdi. Həmin torpaq sahəsində onun soyadı Vəliyeva kimi qeyd edilmişdir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi soyadı “Vəliyeva” kimi qeyd edilmişdir. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü tarixdə doğulmuşdur. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X14 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həşimov, arvada Həşimova soyadı verilmişdir. İşdə olan Şəmkir rayon Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, torpaqların islahata gedən zamanı X11 və qızı X2 rayonu, Dəllər Cəyir kəndində yaşamışdır. Ona görə də onlara digər kənd sakinləri kimi JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0,39 hektar pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında X1 səhv olaraq anasının soyadı kimi Vəliyevə yazılmışdır. X9 əslində X7r. Əlavə olaraq bildiririk ki, ailə sonralar Gəncə şəhərinə köçmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon AİK-nın 30 iyun 1998-ci il tarixli 52 nömrəli qərarı ilə ərizəçi və ailə üzvlərinə 0.39 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçi olan Ərizəçi soyadı “Vəliyeva” kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçi JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı soyadı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 nömrəli qərarına əsasən verilmiş, JN-600 KOD 50405018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar