Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3868/2025 07.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Əmiraslanova Esmira Sarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində təyin etdiyi 2105,67 (iki min bir yüz beş) manat 67 qəpik məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qeyd olunan ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə mərhum əri X4 arasında bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin, əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Təbii Qazdan istifadə qaydalarının pozulması haqqında ******* N--li Akta əsasən “Elelstr 64 markalı 10343642 N:-li sayğaca ümumi baxışın keçirilməsi, Sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığının aşkar olunması, Saygacın hesablama mexanizminin yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik, cırıq izlərini olması” qeyd edilmişdir. Halbuki, evlərində istifadə olunan qazın sayğacı istifadəyə tam yararlı olmasına, istifadə olunan qazın sayğac tərəfindən qeydə alınmasında heç bir problemin olmamasİ barədə nəzarətçinin qeydlərinə baxmayaraq cavabdehin əməkdaşları həmin sayğacın rəhbərliyin göstərişi ilə dəyişdirilməli olmasını bildirdilər. Sayğacın çıxarılması zamanı iştirak etmişdir, sayğacı çıxarıb yük maşınına atmışlar və onun iştirakı ilə heç bir baxış keçirilməmişdir. Ancaq, ona verilən aktda guya həmin sayğaca laboratoriyada onun iştirakı olmadan baxış keçirilərkən qeyd olunan qüsurlar müəyyən edilmişdir. Sözün həqiqi mənasında dəyişdirilən sayğacda heç bir qüsur olmamış, istifadə olunan qaz sərfiyyatını da normal surətdə qeydə alınmışdır. Bu fakt istifadə etdiyi qazın sərfiyyatına dair saldodakı qazın aylıq sərfiyyatları və ödənilmiş pul məbləğləri təsdiq edir. Axı nə dərəcədə məntiqlidir ki, o sadə savadsız vətəndaş olaraq cavabdehin əməkdaşları tərəfindən qeyd edilən akt əsasında dəyişdirilmiş qaz sayğacına hansısa müdaxilə etmədiyi halda, məlum aktla guya sayğacda qüsurların olması qeyd edilmişdir. Həmin saycağı məhz cavabdehin əməkdaşları dəyişdirmiş, heç bir qüsurunun olmaması barədə ona bildirərək sadəcə rəhbərliyin göstərişi ilə yeni asayğacın Quraşdırılmalı olması bildirilmişlər. Deməli, cavabdehin əməkdaşlarının vətəndaşlara əsassız cərimələrləborclarla yükləməklə növbəti məkrli oyunlarını aparırlar. Cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir, Ona görə ki, cavabdehin əməkdaşları tərəfindən mənə ünvanlanmış xx.xx.2025-ci il tarixli 14-2-2-1***-*******5 saylı məktubda cavabdehə 2105,67(iki min bir yüz beş) manat 67 qəpik borcumun olması qeyd edilmişdir. Deməli, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Təbii Qazdan istifada qaydalarının pozulması haqqında ******* N.-li Akta əsasən barəsində 2105,67(iki min bir yüz beş) manat 67 qəpik məbləgində əlavə əsassız borc qeyd edilmişdir. Ona göra həmin əsassız borcun hesabından silinməsi barədə təkrar yeni iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ona hesabladığı borc məbləği əsassızdır. Odur ki, borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, hazırda İddiaçı və istehlakçı X2 yaşadığı evə baxış keçirilmiş və aktda abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan qanunsuz istifadə etməsi halı müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan abonent X1 görünür ki, iddiaçının abonent hesabına 2025-ci ilin mart ayında 2117,05 manat borc hesablanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il il tarixdə iddiaçının hazırda yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış, sayğaca baxış keçirilmişdir. Həmin baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazın istifadəsi aşkar olunması müəyyən edilmişdir. Buna görə, itirilmiş qazın hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə cəmi 2105,67 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Şəmkir rayonu Könüllü kəndində yerləşən fərdi yaşayış evinə kənar xətt qoşulması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacdan kənar qeyri-qanuni qoşulmaya əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün cəmi 2105,67 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5–1–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5–1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5–1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5–1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5–2–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10–cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–3–cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–4–cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5–ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5–2–ci və 6.5–3–cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Eyni zamanda qeyd olunması zəruridir ki,İddiaçı kənar xətta qeyri qanuni qoşulması ilə bağlı Azəriqaz İstehsalat birliyi tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir (qeyri qanuni qoşulmanı təsdiq edən video görüntü,foto şəkillər və.s) Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması və barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə EN-ə müraciət etməli olması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə akt tərtib edilməklə 2105,67 manat borc məbləği hesablanmışdır. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 2105,67 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Beləliklə, , Cavabdeh iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış 2105,67 ( iki min yüz beş manat, altmış yeddi qəpik) manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Şəmkir rayonu, Könüllü kəndində yaşayan abonent (kod-**********00000) İddiaçı hesablanmış 2105,67 ( iki min yüz beş manat, altmış yeddi qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-3868/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3868/2025
07.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver