Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-39/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Şəmkir 1 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) “müqavilələrin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Şəmkir rayon 1 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən digər Cavabdeh1 adına tərtib edilmiş 02 fevral 2005-ci il tarixli 4Ə-01-45 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin müqavilə əsasında Cavabdeh1 adına tərtib olunmuş çıxarışın ləğv olunmasına, Cavabdeh1 ilə Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 4Ə-1734 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin müqavilə əsasında Cavabdeh3 və Cavabdeh4 adına üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli ********** saylı Çıxarışın ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun həmkəndlisidir. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Ona məlum olmuşdur ki, guya o, onun mərhum anası X8 və mərhum atası Nəsrəddinə mülkiyyət hüququ onların paylı mülkiyyətində olan 0.64 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini 2005-ci ildə satın alıb. Mərhum anasının həmin torpaq sahəsini heç vaxt satmaq fikri olmamışdır. Belə bir fikri olsaydı belə, o, həmin torpaq sahəsini onun razılığı olmadan satmasına qanun yol vermirdi. Çünki qeyd etdiyi kimi torpaq sahəsi həm mərhum atasının, həm də mərhum anasının paylı mülkiyyətində olmuşdur. O mərhum atasından qalan mirası faktiki olaraq, qəbul edib, idarə etdiyindən, həmin miras əmlak onun mülkiyyəti hesab olunduğundan, anası həmin torpaq sahəsini sata bilməzdi. Çünki valideynlərinin sağlığından o həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Onların vəfatından sonra da, hər iki valideynindən qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır və mirası həm rəsmi, həm də faktiki surətdə qəbul edib, idarə edir. Hazırda da həmin torpaq sahəsi onun mülkiyyətindədir. Təyinatı üzrə torpaq sahəsindən istifadə edir. Anası və atası vəfat edib, onların vəfatından sonra onlardan qalan miras əmlaka iddiaçı qanun üzrə vərəsə tanınmışdır. Mülkiyyət hüquqları 3-cü şəxs tərəfindən dövlət qeydiyyatına alınıb. Hesab edir ki, mübahisə predmeti olan, Cavabdeh1 arasında bağlanmış müqaviləsi etibarsız hesab olunmalı, həmin müqavilə əsasında Cavabdeh1 adına üçüncü şəxs tərəfindən tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarış ləğv olunmalıdır. Ona görə ki, onun mərhum atası X4 14 fevral 2000-ci ildə vəfat edib. Mübahisə predmeti olan müqavilədə isə mərhum atası sağ adam kimi müqaviləyə imza atıb. Qeyd edilənlərə əsasən cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən digər Cavabdeh1 adına tərtib edilmiş 02 fevral 2005-ci il tarixli 4Ə-01-45 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin müqavilə əsasında Cavabdeh1 adına tərtib olunmuş çıxarışın ləğv olunmasına, Cavabdeh1 ilə Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 4Ə-1734 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin müqavilə əsasında Cavabdeh3 və Cavabdeh4 adına üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli ********** saylı Çıxarışın ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahatlar verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi verərək etirazında qeyd etmişdir ki, iddianı qəbul etmir. İddiaçının mərhum anası X3 0.64 ha torpaq sahəsini qanuni əsaslarla almışdır. Torpaq sahəsi iddiaçının mərhum valideynləri X1 və X5 adlarına olmuşdur. İddia ərizəsində göstərilmişdir ki, guya iddiaçının atası 2000-ci ildə vəfat etdiyi üçün alqı-satqı müaviləsi saxta olmuşdur. İddiaçının anası mərhum Şura Məmmədovanın adına mərhum ərinin qanun üzrə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi olmuşdur. O səbəbdən hər ikisinin yerinə imza atmaq hüququ olmuşdur. İddiaçı saxta yollarla öz adına çıxarış almışdır. O həmin çıxarışın ləğv edilməsi ilə bağlı Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2021- ci il tarixli 2(076)-1076/2021 saylı qətnaməsi ilə iddası təmin edilmişdir. Məhkəmə həmin işdə bütün məslələri tam və obyektiv araşdırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq iddaçı İddiaçı ona qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbi barədə iddiasının əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul etməyini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Şəmkir 1 saylı Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKRnin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehlər və üçüncü şəxsin nümyəndəsi məhkəmə iclasında etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-632 KOD ******* saylı Dövlət Aktın təsdiqli surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.64 ha torpaq sahəsi X14 Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə X1 və X5 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarnda olan AZ-İ seriyalı 262514 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası S.Peterburq şəhərində vəfat etmişdir. İş materiallarnda olan AZ seriyalı 046152 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2000-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilən 02 fevral 2005-ci il tarixli 4Ə-01-45 nömrəli alqısatqı müqaviləsinə dair notariat işindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.632 ha (JN-632 KOD ******* saylı Dövlət Aktı) torpaq sahəsi X4 və X9 tərəfindən Cavabdeh1 satılmış, X4, X9 və Cavabdeh1 tərəfindən müqaviləyə imza edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2(076)-1076/2021 saylı qətnamənin surətindən görünür ki, X1 və X5 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 4Ə-1734 saylı reyestrli notariat işin təsqili surətində olan AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən və ərizədən görünür ki, Əliyev X7 rayonu, Keçili kəndində yerləşən ümumi sahəsi 0,5237 ha olan torpaq sahəsi Cavabdeh3 və Cavabdeh4 4700 manat müqvilində satılmış və X10 etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətinədən görünür ki, **********86 daşınmaz reyestr nömrəli Şəmkir rayonu, Keçili kəndində yerləşən xüsusi mülkiyyət olan 0.5237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tam mülkiyyətindədir. İş materiallarında olan 2V-404 reyestr nömrəsi ilə qeydə alınmış 0504.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 məxsus olan xx.xx.2020-ci il tarixdə **********86 reyestr nömrəli ********** qeyiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən ümumi sahəsi 0.5237 ha olan torpaq sahəsinin ona düşən hissəsi qanuni vərəsəsi olan İddiaçı miras əmlak verilmişdir. İş materiallarında olan 2V-405 reyestr nömrəsi ilə qeydə alınmış 0504.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 məxsus olan xx.xx.2020-ci il tarixdə **********86 reyestr nömrəli ********** qeyiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən ümumi sahəsi 0.5237 ha olan torpaq sahəsinin ona düşən hissəsi qanuni vərəsəsi olan İddiaçı miras əmlak verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətinədən görünür ki, **********86 daşınmaz reyestr nömrəli Şəmkir rayonu, Keçili kəndində yerləşən xüsusi mülkiyyət olan 0.5237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və X1 ümumi birgə mülkiyyətindədir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X14 Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə JN 632 KOD 50411018 saylı Torpağa Mülkiyyət Hüququna X17 əsasında X1 və X5 mülkiyyətinə 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən X4 xx.xx.2000-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində vəfat etmişdir. Şəmkir rayon Aqrar İslahar Komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə verilmiş JN 632 KOD 50411018 saylı Torpağa Mülkiyyət Hüququna X17 əsasında X2 və X8 məxsus olan 0.5237 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmış və Cavabdeh1 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 0.5237 ha torpaq sahəsini Cavabdeh3 və Cavabdeh4 satmış və onlara paylı mülkiyyət hüququ ilə (hər birinə ½ hissə olmaqla) xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar və bağlanmış alqı-satqı müqavilələri iddiaçı tərəfindən mübahisələndirilmişdir. Ona görə də məhkəmə sözügedən alqı–satqı müqaviləsinin etibarlı olub– olmamasını yalnız təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiq olunması yolu ilə araşdırılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas, əmlakın bir şəxsdən başqasına keçməsini əks etdirən alqı–satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün əqdlər haqqında ümümi müddəlarla, yanaşı əşya hüquq münasibətlərini və öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, mübahisələndirilən alqı–satqı müqaviləsinin bağlanması zamanı birgə mülkiyyətin mülkiyyətçilərindən olan X4 (ölüm tarixi xx.xx.2000-ci il) xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi zamanı iştirak etmədiyinə görə həmin müqavilə X2 aid hissədə bağlandığı andan etibarsız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012–ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən bu hüququn məzmunu Konstitusiyanın 13– cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13–cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 407.1–ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 406.1–ci madəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 394–cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 334.1–ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331–ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 331.1–ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 324.5–ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1–ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisinin müqaviləni bağlayarkən iradə ifadələrinin həqiqiliyi ağlabatan mühakimə əsasında araşdırıldıqdan sonra mübahisələndirilən alqı–satqı müqaviləsinin etibarlı olub–olmaması müəyyən edilməlidir. Belə ki, mübahisələndirilən alqı–satqı müqaviləsinin xx.xx.2005-ci il tarixdə mərhum X4 tərəfindən imzalanması qeyd edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X4 xx.xx.2000-ci il tarixdə ölmüşdür. X4 və X11 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin X4 və X11 tərəfindən imzalanması göstərilmiş olsa da, X4 xx.xx.2000-ci il tarixdə öldüyündən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin onun tərəfindən imzalanması qeyri-mümkündür. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı–satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd olunan faktiki hallara uyğun olaraq hesab edir ki, mərhum X4 və X11 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin X4 tərəfindən imzalanmaması, həmin müqavilənin qismən etibarsızlığına əsas olan hal kimi qiymətləndirilməlidir. Belə olan halda həmin mübahisəli müqavilə əhəmiyyətsiz əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Məhkəmə, sadalanan mülki hüquq normalarının tətbiqi və işin müəyyən edilmiş hallarının tədqiqi nəticəsində qənaətə gəlir ki, hazırkı mübahisə üzrə Cavabdeh1 ilə iddiaçının atası X4 arasında daşınmaz əmlakın alqı–satqısı barədə müqavilə bağlanmamışdır. Hazırda mübahisələndirilən alqı–satqı müqaviləsi isə birgə mülkiyyətin yalnız bir mülkiyyətçisi, yəni mərhum X11 ilə bağlanması müəyyən edilmişdir. Cavabdeh1 torpaq sahəsini əldə edən zaman X2 münasibətdə vicdanlı olmamışdır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiq hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 ilə X1 və X6 adından Şəmkir rayon 2 saylı dövlət notariat kontorunda xx.xx.2005–ci il tarixdə bağlanmış alqı–satqı müqaviləsi qanuna zidd olduğuna görə mübahisəli torpaq sahəsinin alqı–satqı müqaviləsi kimi qiymətləndirilə bilməz və həmin müqavilə bağlandığı andan qismən X2 aid hissədə etibarsızdır. Lakin, iddia tələbinin Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində tələb əsaslı hesab edilə bilməz. Belə ki, hazırda həmin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qüvvədə olmadığından, yəni mövcud olmadığından onun ləğv edilməsinə luzum qalmır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında həmin torpaq sahəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2022-ci il tarixli 4Ə-1734 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında cavabdehlərin adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. “15.09.14 H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Sadalanan hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilərdi. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Cavabdeh1 ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında həmin torpaq sahəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2022-ci il tarixli 4Ə-1734 reyestr nömrəli alqı-satqı müqaviləsini bağlayarkən bu zaman qeydiyyatın düzgün olmadığını bilmələrinə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeydin reyestrə daxil edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vicdanlı əldə edən olduqlarından, həmçinin qeydiyyatın həqiqiliyi baxımından iddia Cavabdeh1 ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında həmin torpaq sahəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2022-ci il tarixli 4Ə-1734 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissədə təmin edilməməlidir. İddiaçı gələcəkdə xx.xx.2005-ci il tarixli 4Ə-01-45 reyestr saylı alqı-satqı müqaviləsinin bağlanması nəticəsində ona vurulmuş ziyanla bağlı zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin verilməsini tələb etmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X4 və X11 ilə Cavabdeh1 arasında, Şəmkir rayon 2 saylı notariat kontorunda xx.xx.2005–ci il tarixdə 4Ə-01-45 reyestr nömrə ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5237 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsi X2 aid hissədə etibarsız sayılsın. İddia Şəmkir rayon 2 saylı notariat kontorunda xx.xx.2005–ci il tarixdə 4Ə-01-45 reyestr nömrə ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5237 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına tərtib olunmuş çıxarışın ləğv olunmasına, Cavabdeh1 ilə Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 4Ə-1734 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin müqavilə əsasında Cavabdeh3 və Cavabdeh4 adına üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli ********** saylı Çıxarışın ləğv olunmasına dair hissəsində təmin edilməsin. İddiaçı gələcəkdə xx.xx.2005-ci il tarixli 4Ə-01-45 reyestr saylı alqı-satqı müqaviləsinin bağlanması nəticəsində ona vurulmuş ziyanla bağlı zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin verilməsini tələb etmək hüquqları izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-39/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-39/2025
15.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver