Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3962/2024 10.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı yanında Mənzil Komissiyasının xx.xx.2006-cı il tarixli 06 saylı iclasının qərarı və Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 230 saylı sərəncamı əsasında tərtib edilmiş xx.xx.2006-cı il tarixli 02 saylı Orderin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon İcra Hakimiyyəti Başçısı yanında Mənzil Komissiyasının xx.xx.2006-cı il tarixli 06 saylı iclasının qərarı və Şəmkir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 230 saylı sərəncamı əsasında ünvan 1 ünvandakı mənzildən istifadə etməyinə dair onun adına xx.xx.2006-cı il tarixli 02 saylı Order tərtib edilmişdir ki, həmin order əsasında onun və ailə üzvülərinin ünvan 2 ünvandakı 2 otaqlı, yaşayış sahəsi 35,72 kv.m olan mənzili tutmaq ixtiyarı verilmişdir. Qeyd olunan həmin hüquqmüəyyən edən sənəd-xx.xx.2006-cı il tarixli 02 saylı Order ǝsasında həmin mənzili özəlləşdirərək ailəsinin həmin mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması üçün maraqlı şəxsə müraciət etmişdir, ancaq maraqlı şəxsin ona ünvanlandığı xx.xx.2024-cü il tarixli imtina məktubunda hüquqmüəyyən edən sənəd olan xx.xx.2006-cı il tarixli 02 saylı Orderdə onun adının şəxsiyyət vəsiqəsində qeyd olunduğu "Brilyant" əvəzinə "Briliyant" kimi qeyd olunmasına görə həmin order əsasında qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının mümkün olmaması, həmin hüquqmüəyyən edən sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəmǝyǝ müraciət etmək hüququnun olması qeyd olunmuşdur. Ona görə xx.xx.2006-cı il tarixli 02 saylı Orderin hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə məlum ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı yanında Mənzil Komissiyasının xx.xx.2006-cı il tarixli 06 saylı iclasının qərarı və Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 230 saylı sərəncamı əsasında tərtib edilmiş xx.xx.2006-cı il tarixli 02 saylı Orderin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2006-cı il tariuxli 02 saylı Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş orderin surətindən görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 230 nömrəli sərəncamına əsasən X1 və ailə üzvləri Kür qəsəbəsi Şəhriyar küçəsi ev 2, 48 nömrəli mənzil sahəsini tutmağa ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı mübahisə Şəmkir Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli sərəncamı əsasında verilmiş “Order”də qeyd edilmiş adın dəyişdirilməsi ilə, yəni düzəliş edilməsi ilə bağlı olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edildiyi kimi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın düzgün olmamasının müəyyən edilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıldığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266- 269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3962/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3962/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver