Məhkəmə qərarları › İş №2(076)-401/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-401/2023

07.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-401/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X4 2014–cü ildən müddətsiz olaraq İ qrup əlil olmuşdur. Həmçinin, qardaşı doğularkən xəstə olmuş və həkim tərəfindən ona ağıl zəifliyi diaqnozu qoyulmuşdur. Qardaşı xəstə olduğu üçün özünü idarə edə bilmir, onun qulluğunu o özü edir. Hesab edir ki, qardaşı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qardaşı X4 01 aprel 1980–ci il tarixdə xəstə olaraq doğulmuş, həkim tərəfindən ona ağıl zəifliyi diaqnozu qoyulmuşdur. Qardaşı xəstə olduğu üçün özünü idarə edə bilmir, daim başqa şəxsin qulluğuna ehtiyacı olur. Hazırda qardaşı onunla birlikdə yaşayır və onun qulluğunu o, özü edir. Həmçinin, qardaşının adına bəzi sənədləşmə işləri lazım olur, qardaşı isə xəstəliyi ilə əlaqədar heç bir yerə gedə bilmir. Odur ki, məhkəmədən qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X7 məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi atası X1, anası X8 olmaqla, xx xxxx 1978–ci il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 atası X1, anası X8 olmaqla, 01 aprel 1980–ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN–nin tabeliyində DSMF publik hüquqi şəxsinin 2 saylı Qazax–Tovuz regional filialı tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, X4 İ qrup əlil kimi 220 manat müavinət, 130 manat Prezident təqaüdü alır. Müavinət və təqaüd xx.xx.2014– cü il tarixdən etibarən müddətsiz verilir. İşdə olan 028432 saylı TSKK–də X6 görünür ki, X4 əmək qabiliyyətsizdir. İşdə olan Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1998–ci il tarixli müvəqqəti vəsiqədən görünür ki, X4 hərbi xidmətə yararsızdır. İşdə olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022–ci il tarixli 650 saylı ambulator məhkəmə–psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 xroniki xəstəlik olan orta dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT–10 F71.1 xəstəliyi keçirir. X4 uşaqlıqda orta dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT–10 F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə–psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8–ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2–ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş–bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 doğma qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2–ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci və 217.4–cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 01 aprel 1980–ci il tarixdə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar