Məhkəmə qərarları › İş №2(076)-4022/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4022/2025

27.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4022/2025 27.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi, vərəsə kimi tanınması və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi, vərəsə kimi tanınması və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, EMİS-nin portal çıxarışından görünür ki, mülki iş üzrə Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, baxmayaraq ki, cavabdeh ölüb, o, mülki işin icraatına xitam verilməsinə etiraz edir,miras qalmış əmkaklarda onun payının müəyyən edilməsini istətir, buna görə də, işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1na, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlərdir. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən daha əvvəl ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi, vərəsə kimi tanınması və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar