Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-403/2024 25.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X19 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X11 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, bacısı X6 İİ qrup əlil olmaqla, onunla birlikdə yaşayır. Lakin, bacısı doğularkən xəstə olmuş və həkim tərəfindən ona nitqin inkişaf etməməsi və fiziki qüsurluluq diaqnozu qoyulmuşdur. Bacısı xəstə olduğu üçün özünü idarə edə bilmir, onun qulluğunu o, özü edir. Hesab edir ki, bacısı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bacısı X6 15 iyul 1981–ci il tarixdə xəstə olaraq doğulmuş, həkim tərəfindən ona nitqin inkişaf etməməsi və fiziki qüsurluluq diaqnozu qoyulmuşdur. Bacısı xəstə olduğu üçün özünü idarə edə bilmir, daim başqa şəxsin qulluğuna ehtiyacı olur. Hazırda bacısı onunla birlikdə yaşayır və onun qulluğunu o, özü edir. Həmçinin, bacısının adına bəzi sənədləşmə işləri lazım olur, bacısı isə xəstəliyi ilə əlaqədar heç bir yerə gedə bilmir. Odur ki, məhkəmədən bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X17 məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Maraqlı şəxs qismində cəlb edilmiş X12, X3, X1 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi atası X14, anası X7 olmaqla, xx xxxxxx 1974–cü il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 atası X14, anası X7 olmaqla, 15 iyul 1981–ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN–nin Şəmkir TSEK tərəfindən verilmiş 095160 saylı X9 görünür ki, X4 “imbesillik dərəcəsində olan oliqofreniya nitqin inkişaf etməməsi, anadangəlmə sol bud çanaq oynağının çıxığı, sol bud baldır əzələlərinin atrofiyası, yeriş funksiyasının pozulması, sol qulağın irinli xrotiti” diaqnozu qoyulmaqla, müddətsiz İİ qrup əlildir və əmək qabiliyyətsizdir. İşdə olan Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022–ci il tarixli göndərişindən görünür ki, X4 “Çox ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmaqla, müayinə və müalicə üçün Gəncə şəhər Psixiatriya Xəstəxanasına göndərilmişdir. İşdə olan 052850 saylı vəsiqədən görünür ki, Ərizəçi müharibə veteranıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 X23 X8 xx.xx.2024–cü il tarixli 282 saylı ambulator məhkəmə–psixiatrik ekspertizasının rəyindən görünür ki, X6 hazırda orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT–10 F71.1 xəstəliyi keçirir. X6 öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə–psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8–ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2–ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş–bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 doğma qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2–ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci və 217.4–cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 15 iyul 1981–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X20
Məhkəmə qərarları › İş №2(076)-403/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-403/2024
25.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver