Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4090/2024 25.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən olunaraq naturada təhvil verilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən olunaraq naturada təhvil verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsini, miras əmlak olan və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.30 ha torpaq sahəsinin 0.15 ha hissəsindən 1/3 hissədə paylarının müəyyən olunaraq naturada təhvil verilməsini və miras qalmış 0.15 ha hissədən ¼ hissədə paylarının müəyyən olunaraq naturada təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə işi bir icraatda birləşdirmişdir. Belə ki, iddiaçının tələblərinin baxılma qaydası, məqsədi fərqlidir və həmin işlərin bir icraatda birləşdirilməsi prosessual baxımdan qanuna müvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə verildiyindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən olunaraq naturada təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-4090/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4090/2024
25.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver