Məhkəmə qərarları › İş №2(076)-4111/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4111/2025

29.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4111/2025 29.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclas katibi Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 378950 nömrəli akta əsasən **********00181 abunə koduna hesablanmış 896 manat, ikinci 405454 nömrəli akta uyğun olaraq **********00170 abunə koduna hesablanmış 970 manat məbləğlərin onun abunə kod hesablarından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Ələsgərli kəndinə yaşayır elektrik enerjisini həmçinin istilik enerjisinidə qaz və işıq sayğaclarından tam məsuliyyət hissi ilə istifadə edərək əldə edir. Ona məxsus mənzilin 2 elektrik sayğacı mövcuddur. Həmin sayğaçların zavod nömrəsi 22100791 nömrəli abunə kodu **********00181, ikinci sayğacının zavod nömrəsi **********1, abunə kodu **********00170-dir. Sonuncu olan abunə kodu **********00170 olan elektrik sayğacını təsadüfü hallarda lazımı tələbat olduqda istifadə edir. Lakin təxminən xx.xx.2025-ci il tarixində cavabdehin Şəmkir rayon üzrə EŞ-nin əməkdaşları tərəfindən onun mənzilinə yaxınlaşaraq hər iki sayğacın küllü miqdarda borcu olduğu üçün mənzilinə daxil olan elektrik enerjisinin naqillərinin şəbəkədən açaraq getmişlər. O bununla bağlı borcların araşdırılması üçün cavabdehin Şəmkir EŞ-nə müraciət etmişdir. Müraciət zamanı məhkəməyə təqdim etdiyi 378950 və 405454 nömrəli aktları ona təqdim etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki nə onun nədəki ailə üzvlərinin xəbəri olmadığı halda 21 aprel 2025-ci il tarixində və 28 avqust 2025-ci il tarixində şəbəkənin məhsul işçilərinin belə anlamayacağı formada aktlar tərtib edilmişdir. 28 avqust 2025-ci il tarixli 405454 nömrəli aktda ümumiyyətlə aktın paraqraflanmış hissəsində nə birinci nə ikinci qrafada ümumiyyətlə sayğaçla bağlı heç bir qeydiyyat aparılmamışdır. Yəni 21 aprel 2025-ci il tarixli 378950 nömrəli aktı tərtibatında sayğacın seriya nömrəsi, tipi, gərginliyi, dövlət möhürü, alt qabaq möhürü barəsində qeydlər aparılmamışdır. Ancaq ona məxsus abunə kodu **********00170 olan koduna xəyali akt tərtib olunmuşdur. Onun təqdim etdiyi hər iki aktın tərtibatının ona heç bir aidiyyatı yoxdur. Sözü gedən həmin aktların tərtibatının səbəbkarı elektrik sayğacının olub olmaması ilə bağlı məlumatı olmayan kəndlərində və qonşuluqlarında yaşayan şəhid ailəsi X2 mənzilinə bəlkədə elektrik şəbəkəsi tərəfindən yaradılmış şərait əsasında ustalarının tikinti işlərinə görə müvəqqəti çəkilmiş naqillər olmuşdur. Ona görədə onun adına qonşuya görə yazılmış aktlar əsassızdır. Əgər o oğurluq etmiş olsaydı cavabdeh onunla bağlı Nazirlər Kabinetinin qəbul etdiyi X3 əsasən tədbirlər görmüş olardı. Bununla bağlı Polis və Prokurorluq orqanlarına müraciət edərdi, barəsində inzibati qaydada tədbirlər görülərdi və ya hər bir akta uyğun olaraq qüsurların ləğvi ilə bağlı icra protokolu tərtib edərdi. Sonda cərimə məbləğləri hesablanmış olardı. Onuda qeyd edir ki, onun hər iki sayğaçı mənzildən kənarda küçə səkisində olan elektrik dayağının yaxınlığına qurlaşdırılmışdır. Buda göz qabağında olması üçün oğurluğun olması ağıla batan deyil. 378950 nömrəli aktda qeyd olunmuşdur ki, guya yoxlama zamanı məlum olmuşdur ki, o P=2.3 kvt/ saat gücüdə enerji istifadə edir. Burada P=2.3 kvt/saat əldə etmək üçün birinci növbədə həmin naqildə qaçaq aparılan cərəyan ölçüsü A(Amper) məlum olmalıdır. Həmən cərəyanı faza ölçüsü olan 220 Volt olan gərginliyə hasilindən sonra P=2.3 kvt/saat əldə olunmalı idi. Həmçinin 2-ci aktda da eyni şablon terminlərdən istifadə olunmuşdur. Yəni 2-ci 405454 nömrəli aktın tərtibatında P= 1.2 kvt/saat ölçüsü eyniləşdirilmiş şablondur. Eyni zamanda qrafalar boşluğunun doldurulmamasıda hər iki aktın mötəbər əsaslarla tərtib olunmaması bir sübutdur. Mötəbər olmayan əsaslarla 378950 nömrəli akta uyğun olaraq **********00181 nömrəli abunə koduna 896 manat, akt nömrəsi 405454 olan akta uyğun isə **********00170 nömrəli abunə koduna isə 970 manat cərimə hesablayıblar. Odur ki, bu haqsızlıqla bağlı cavabdehdən ona aidiyyatı olmayan aktlara görə hesablanmış məbləğin silinməsini və ya ləğv olunmasını tələb etsə də ona özləri tərəfindən mümkünsüzlüyünü bildirərək ona məhkəməyə müraciət üçün aktları və digər sənədlərini təqdim etdilər. Borcun silinməsi ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, yazılmış cərimə məbləğini əsassız hesab edir və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli 378950 nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman abonentin birbaşa kənar xətdən istifadə etməsi aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 405454 nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman abonentin elektrik enerjisindən sayğaçsız istifadə etdiyi və elektrik işləyidiciləri şəbəkəyə birbaşa qoşulması aşkar edilmişdir. İşdə olan abunə haqqında saldodan görünür ki, Şəmkir rayonu, Ələsgərli kənd sakini İddiaçı akt əsasında 972.27 manat borc hesablanmışdır. İşdə olan abunə haqqında saldodan görünür ki, Şəmkir rayonu, Ələsgərli kənd sakini İddiaçı akt əsasında 896 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2010–cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Ələskərli kəndində yerləşən 0.12918 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı Məmmədov X1 yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində öz adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğaca xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə baxış zamanı sayğaca müdaxilə və sayğacdan kənar əlavə xətt aşkar olunmuş, bu səbəbdən "xxxx" ASC–nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli 378950 nömrəli və xx.xx.2025-ci il tarixli 405454 nömrəli aktlar tərtib edilmişdir. Həmçinin, həmin aktlara əsasən istehlakçıya borc hesablanmışdır.Həmçinin saldodan görünür ki, abonentə xx.xx.2025-ci il tarixli 378950 nömrəli və xx.xx.2025-ci il tarixli 405454 nömrəli aktlar əsasında borc yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını və həmin fərdi yaşayış evində yaşayan istehlakçıları məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi, kənar xətdən istufadə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixli 378950 nömrəli akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən hesablanmış 896 (səkkiz yüz doxsan altı) manat və xx.xx.2025-ci il tarixli 405454 nömrəli akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən hesablanmış 970 (doqquz yüz yetmiş) manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş İddiaçı xx.xx.2025-ci il tarixli 378950 nömrəli akt əsasında 896 (səkkiz yüz doxsan altı) manat və xx.xx.2025-ci il tarixli 405454 nömrəli akt əsasında 970 (doqquz yüz yetmiş) manat borc silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar