Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4112/2025 04.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Ərizəçi, həmçinin digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırılmışdır ki, ərizəçilər hazırda Şəmkir rayonu Dağ Cəyir kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda yaşayırlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 45 saylı qərarı ilə ərizəçilərin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 3.33 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 soyadı “Atakişiyeva”, Ərizəçi2 soyadı, adı, atasının adı “X10” və Ərizəçi3 soyadı “İsmayılova”, atasının adı “İmran” kimi göstərilmişdir. Ancaq onların bütün sənədlərində soyadları, adları və atalarının adı Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi qeyd edilmişdir. Ərizəçi2 və Ərizəçi3 nikahdan əvvəl soyadları “İsmayılova” olmuşdur. Lakin, nikaha daxil olduqdan sonra soyadlarını dəyişmişlər. Hazırda Bakı şəhərində yaşadıqlarından onlara məxsus torpaq sahələrini satmaq istəyirlər, lakin Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adlarında yanlışlıq olduğundan sənədləşmə işlərini apara bilmirlər. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan yanlışlığı aradan qaldırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsalar da, onların müraciətlərindən imtina edilərək, hər hansı sənəddə səhvin düzəldilməsinin onların səlahiyyətinə aid olmadığını bildirmişlər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlardır. Məhkəmə iclası zamanı ərizəçi, həmçinin digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Həmin sənəddə Ərizəçi1 soyadı “Atakişiyeva”, onun soyadı, adı, atasının adı “X10” və Ərizəçi3 soyadı “İsmayılova”, atasının adı “İmran” kimi göstərilmişdir. Hazırda onlar mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmirlər və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişlərdir. Odur ki, JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi1, ona və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, ərizəçilər onun həmkəndlisidir. Torpaq sahəsi ərizəçilərin istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi1 soyadı “Atakişiyeva”, Ərizəçi2 soyadı, adı, atasının adı “X10” və Ərizəçi3 soyadı “İsmayılova”, atasının adı “İmran” kimi göstərilmişdir. Onların kəndində X10 adlı şəxs yoxdur. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X1 Yusif Qonarı oğlu ilə eyni məzmunlu ifadə verərək dediklərini bir daha təsdiq etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi1 soyadı “Atakişiyeva”, Ərizəçi2 soyadı, adı, atasının adı “X10” və Ərizəçi3 soyadı “İsmayılova”, atasının adı “İmran” kimi qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 ilə Ərizəçi1 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.1989-cu tarixdə doğulmuşdur. X2r, anası Ərizəçi1dır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X16 xx.xx.1987-ci tarixdə doğulmuşdur. X2r, anası Ərizəçi1dır. İşdə olan nikah haqqında arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 ilə X7 arasında xx.xx.2008-ci il tarixdə Şəmkir rayon Dağ-Cəyir kənd İcra nümayəndəliyində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 ilə X3 arasında xx.xx.2011-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ər və arvada Əlizadə soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının düzəliş aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə Şəmkir rayon Dağ Cəyir kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, J№ 0007 KOD 50400038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktında Ərizəçi2 adı səhvən “X10” kimi göstərilmişdir. Əslində isə Ərizəçi2 olmalıdır. Bu kənddə X10 adlı şəxs yoxdur və qeydə alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 45 nömrəli qərarı ilə ərizəçilər və ailə üzvlərinə 3.33 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçi olan Ərizəçi1 soyadı “Atakişiyeva”, Ərizəçi2 soyadı, adı, atasının adı “X10” və Ərizəçi3 soyadı “İsmayılova”, atasının adı “İmran” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər həmin torpaq sahəsi barədə dövlət aktında yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçilər JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı soyad, ad, ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 45 nömrəli qərarına əsasən verilmiş, JN-0007 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-4112/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4112/2025
04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver