Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4113/2025 21.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNЕТDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-1745B, kod 50401004 saylı “Torpağın Mülkiyyət hüququna dair” şəhadətnamənin mərhum anası X3 məxsus olması faktının müyyən edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, gəlməyən maraqlı şəxslərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. İşdə olan JN-1745B, kod 50401004 saylı “Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə Ərizəçi, X3 və onların digər ailə üzvlərinə Şəmkir şəhərində yerləşən 0.08 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə ərizəçinin mərhum anasının soyadı Həsənova əvəzinə səhvən “Əliyeva” kimi və atasının adı Cəfər əvəzinə səhvən “Cəfərsadıq” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1970ci il tarixdə anadan olub və onun mərhum anası X1 qeyd olunmuşdur. İşdə olan nikah haqqında arayışdan görünür ki, X4 ilə X2 nikahı haqqında xx.xx.1969-cu il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsində 97 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əliyev” arvada “Əliyeva” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin mərhum anası 07 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli imtina məktubundan görünür ki, JN–1745B, kod-50401004 saylı “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə Ərizəçi, X3 və onların digər ailə üzvlərinə Şəmkir şəhərində yerləşən 0.08 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN– 1745B kod-50401004 saylı «torpağın mülkiyyət hüququna dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamənin 2–ci sırasında ərizəçinin mərhum anasının soyadı Həsənova əvəzinə səhvən “Əliyeva” kimi və atasının adı Cəfər əvəzinə səhvən “Cəfərsadıq” yazılmışdır. Hazırda ərizəçi şəhadətnamədəki mərhum anasının soyad və ata adının səhv qeyd olunması səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–1745B kod- 50401004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə” ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–1745B kod-50401004 saylı «torpağın mülkiyyət hüququna dair Şəhadətnamə” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–1745B kod-50401004 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamənin”nin ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTЕТDİ: Ərizə təmin edilsin. JN–1745B kod-50401004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli.
Məhkəmə qərarları › İş №2(076)-4113/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4113/2025
21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver