Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-413/2023 28.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: Borclu MMC–nin nümayəndəsi X2 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Borclu MMC–nin Cavabdeh qarşı zəbt edilmiş əmlakın boşaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Borclu MMC Cavabdeh qarşı zəbt edilmiş əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş, eni 6.40 m, uzunluğu 7.60 m (ümumilikdə 48,64 kv.m) ölçüdə tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Borclu MMC–yə təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, Borclu MMC–nin X1 Kür EATS– ı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşir. X1 Kür EATS–ı və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2018–ci il tarixli Texniki Pasport əsasında Aztelekom” MMC–nin X1 balansındadır. Həmçinin, Borclu MMC–nin nizamnamə kapitalının 10 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Lakin həmin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq eni 6.40 m, uzunluğu 7.60 m (ümumilikdə 48,64 kv.m) ölçüdə tikili inşa edilmişdir. Zəbt edilmiş torpaq sahəsində tikilmiş tikilinin boşaldılması ilə bağlı cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Odur ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş, eni 6.40 m, uzunluğu 7.60 m (ümumilikdə 48,64 kv.m) ölçüdə tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Borclu MMC–yə təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı Borclu MMC–nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, qeyd olunan tikilini mübahisəli ərazidə inşa edərkən ona heç kim maneçilik yaratmamış və torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ilə bağlı ona xəbərdarlıq edilməmişdir. Həmçinin, qeyd olunan ərazidə ondan başqa şəxslərin də inşa etdikləri tikililər mövcuddur. Bu səbəbdən hesab edir ki, həmin tikili qanunsuz sayıla bilməz. Ona görə də iddianı əsassız hesab edir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018–ci il tarixli Texniki Pasportdan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən və Kür EATS–na məxsus qeyri–yaşayış binası Rabitə və Texnologiyalar Nazirliyi Borclu Şəmkir MMC–nin Telekommunikasiya Qovşağının adına qeyd edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli aktdan görünür ki, Cavabdeh Kür EATS–na məxsus torpaq sahəsində eni 6.40 m, uzunluğu 7.60 m ölçüdə tikili inşa edilmişdir. İşdə olan və cavabdehə ünvanlanmış xx.xx.2022–ci il tarixli pretenziya məktubundan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən və Kür EATS–na məxsus torpaq sahəsinin boşaldılması, əks halda məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0050 ha (50 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi Borclu MMC–nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023–cü il tarixli 10/1164 saylı ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0050 ha (50 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi Borclu MMC–nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, həqiqətən Cavabdeh tərəfindən Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində 0.0050 ha (50 kv.m) ölçüdə tikili inşa edilmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiaçı təşkilatın tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının zəbt edilmiş əmlakın boşaldılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir, cavabdeh tərəfindən həmin sahədə 0.0050 ha (50 kv.m) ölçüdə tikili inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə, həmçinin müəyyən etdi ki, mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olsa belə, tikinti məqsədləri üçün ayrılmadığından və cavabdeh tərəfindən tikintiyə lazımi qaydada icazə alınmadığından, həmin mübahisəli tikili qanunsuz olaraq özbaşına inşa edilmişdir. Ona görə də cavabdehin həmin özbaşına tikili üzərində heç bir hüququ dövlət tərfindən tanınmamış və qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1–ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2–maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək–onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4–cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi(orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək hesab edir ki, Cavabdeh Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində tikinti işlərinin aparılması üçün qanunla müəyyən olunmuş qaydada lazımi icazələr almadan özbaşına tikinti işləri apardığından, bu tikili Borclu MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində 0.0050 ha (50 kv.m) ölçüdə inşa edildiyindən Cavabdeh hesabına sökülməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018–ci il tarixli, 504–18–733 inventar nömrəli Texniki Pasport əsasında Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 0.0050 ha (50 kv.m) ölçüdə tikili cavabdehin öz vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsi Borclu MMC–yə təhvil verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınıb iddiaçı Borclu MMC–yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-413/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-413/2023
28.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver