Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4134/2025 12.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi ilə , Ərizəçi (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-248 kod 50413068 saylı torpağın mülkiyyət hüququna dair dövlət mərhumə X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə anası X4 2018-ci ildə vəfat etmişdir. Bu günədəkdə bütün hüquqi sənədlərində soyadı adı atasının adı X1 qeyd edilmişdir. Şəmkir rayon AlK-nın 28 apel 1998-ci il tarixli 50 saylı qərarı ilə onlara 1.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-248 kod 50413068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ata adı Bürcəli kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-248 kod 50413068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 22 sentyabr 2025-ci il tarixli 3-21-3-40/ə-m-0160-55/25 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ərizəçi ərizə ünvanlayaraq bildirmişdir ki, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, odur ki ərizəsinin dəlillərinə uyğun olaraq təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 168 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-248 kod 50413068 nömrəli Dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1998-ci il tarixli, 50 saylı qərarı ilə 0.1.07 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Ərizəçi qeyd edir ki, həmin sənəddə yanlış olaraq X4, “X5” kimi qeyd edilmişdir. Halbuki, Torpağa mülkiyyət hüququna dair sənəd tərtib olunan zaman ata adı “İbadulla” olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mərhum X2 ad məlumatları “X4” kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-248 kod 50413068 nömrəli Dövlət aktında səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova (Kərimova) Gülnaz İbadulla qızı xx.xx.1944-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə anadan olmuşdur, atası X6 anası X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum anası X3 məxsus bütün sənədlərdə ad məlumatları düzgün göstərilsə də, Torpağa mülkiyyət hüququ haqqında Dövlət aktında ad məlumatları yanlış qeyd edilmişdir ki, bu isə onun eyni şəxslər olması barədə şübhə doğurmur. Belə ki, həmin sənəddə yanlışlıq olması barədə kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Torpağa mülkiyyət hüquququna dair JN-248 kod 50413068 nömrəli Dövlət aktının X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüquququna dair JN-248 kod 50413068 nömrəli Dövlət aktının X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(076)-4134/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4134/2025
12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver