Məhkəmə qərarları › İş №2(076)-4159/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4159/2025

09.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4159/2025 09.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi İddiaçı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mərhum arvadı X5 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi İddiaçı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998– ci il tarixli 52 saylı qərarı ilə mərhum arvadı X5 Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə mərhum arvadının ata adı yazılmamışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Arvadı xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. Hazırda həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mərhum arvadı X5 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi İddiaçı atası, mərhum Tamam İbrahimova anasıdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə mərhum anası X5 Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə anasının ata adı qeyd edilməmişdir. Bu səbəbdən torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmirlər. Hazırda mübahisəli torpaq sahəsi onların istifadəsindədir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi İddiaçı kürəkənidir. Ərizəçinin arvadı X7 olmuş, onun ata adı torpaq sahəsinə dair Şəhadətnamədə qeyd edilməmişdir. Belə ki, Şəhadətnamədə onun adı “İbrahimova Tamam” kimi qeyd edilmişdir. Əslində isə onun adı “X7” olmuşdur. İşdə olan JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə X5 Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin X1 adı səhvən “İbrahimova Tamam” kimi yazılmışdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.1977–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan “Elektron Məhkəmə” X2 görünür ki, X7 1950–ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir RİHB–nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” X5 məxsusdur. Şəmkir rayonu, Dəllər qəsəbəsində “X7” adlı şəxs bir nəfər olmuş, həmin şəxs İddiaçı həyat yoldaşı olmuş və xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli imtina məktubundan görünür ki, JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə X5 Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin X1 ata adı qeyd edilməmiş, adı “İbrahimova Tamam” kimi yazılmışdır. X7 ərizəçinin arvadı olmaqla, xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi Şəhadətnamədəki ad uyğunsuzluğu səbəbindən torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” mərhum X5 məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN– 1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mərhum arvadı X5 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–1064A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də hüquq subyekti kimi qeyd olunmuş “İbrahimova Tamam”a aid hissədə həmin sənədin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar