Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4339/2025 18.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələri tərəfindən istehlakçı abonent X4 əsassız olaraq borc kimi yazılmış 892.80 (səkkiz yüz doxsan iki manat səksən qəpik) borcun silinməsi barədə İddiaçı xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz “ X2 Regional Qaz "İstismar İdarəsinin Şəmkir rayon Xidməti satışın əməkdaşları tarixin dəqiq müəyyən etməsədə ıstehlakçı mərhum X4 məxsus olan **********00250-li abonent kodlu Elester zavod nömrəsi 7587317-li sayğac təbii qaz xəttinə qoşularaq müqavilə əsasında istifadəyə verilmişdir. Azəriqazın nümayəndələri 12 fevral 2019-ci ildə yaşadıqları ünvana gələrək bildirdimişlər ki , sayğacın istismar müddəti bitib hesablama mexanizimi sərfiyyatı düzgün hesablamır əvəzetmə kimi yenidən sayğacınız dəyişdirilməlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktda N93490677-liyə qeyd olunmaqla sayğac göründüyü kimi tipi Elester markası G-4 nömrəsi 4628241-li sayğac quraşdırılaraq aktın sonluğunda digər qeydlər bölməsində dövlət blombu qurğusu qırılıb yazdıqda o, bunlarla razılamamışdır çünkü bildirdirmişdir ki qonşuda yas mağarı qurulan zaman cüzü miqdarda mağarın dəmri ehtiyatsızuqdan zədələmişdir sayğaca heç bir müdaxilə olunmayıb, Üstündən neçə il keçdikdən sonra Azəriqazın nümayəndələri ona bildirdilər ki mərhum atası adında 892.80 manat qaza borc var borc ödənilməsə onlar tərəfindən qaz təminatının dayandırılacaq . X1 03 aprel 2020-ci ildə Koma Qaraciyərində bədxassəli yeni törənməsi xəstəliyindən dünyasını dəyişmişdir . Azərbaycan Respublikası Ölüm Haqqında AZ-İİN9068658-li şəhadətnaməsi təsdiqliyə bilər borcla bağlı Cavabdeh Şəmkir X8 İdarəsinə yaxınlaşmış yazılan borcun səbəbini öyrənəndə nümayəndələr bildirdi ki, sayğacın hesablama mexaniziminin qapağına vurulan plomb yuvası sınıqdır kimi yazıldığı üçün Təbii qazdan istifadə qaydalarının N90399823-li Aktda işlədilən cihazlar ayrı ayrılıqda 90 gün sərfiyyatını hesablamaqla ümumilikdə 8928m3 qaz hesablama palatası Azərbaycan Respublikasının Dövlət X3 İstehsalat Birliyinin daxil olan informasiya Texnologiyaları Rabitə-Metrologiya idarəsinin rəyinə əsasən 892.80 ( səkkiz yüz doxsan iki manat səksən) qəpik borc yazılıb. O, bunların hərəkət və hərəkətsizliyinə razılaşmamış çünkü qazın itkisini aradan qaldırmaq üçün istehlakçını hansı yolla olur olsun borclu kimi yükləyirlər. Belə olan təqdirdə yazılan borc, qanunsuz və əsassız olduğu üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ona hesabladığı borc məbləği əsassızdır. Odur ki, borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı X5 məxsus ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plamb yuvası sınıqdır. İş materiallarında olan abonent Xıdır Həsənovun saldosundan görünür ki, iddiaçının abonent hesabına 2019-cu ilin dekabr ayında 892,80 manat borc hesablanmışdır. İş materiallarında ola 12 fevral 2019-cu il tarixli ******* №-li aktdan görünür ki, qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşka edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. Sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs Xidir Həsənovdur. Həmin aktın 6-cı bəndinə əsasən dövlət plumbunun qırılması qeyd edilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, mübahisə predmeti olan qaz sayğacı mövcuddur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Azəri qazın nümayəndələri 12 fevral 2019-ci ildə iddiaçının yaşadığı ünvana gələrək bildirdimişlər ki, sayğacın istismar müddəti bitib hesablama mexanizimi sərfiyyatı düzgün hesablamır əvəzetmə kimi yenidən sayğacınız dəyişdirilməlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktda N93490677-liyə qeyd olunmaqla sayğac göründüyü kimi tipi Elester markası G-4 nömrəsi 4628241-li sayğac quraşdırılaraq aktın sonluğunda digər qeydlər bölməsində dövlət blombu qurğusu qırılıb yazdıqda o, bunlarla razılamamışdır çünkü bildirdirmişdir ki qonşuda yas mağarı qurulan zaman cüzü miqdarda mağarın dəmri ehtiyatsızuqdan zədələmişdir. Üstündən neçə il keçdikdən sonra Azəriqazın nümayəndələri ona bildirdilər ki mərhum atası adında 892.80 manat qaza borc var borc ödənilməsə onlar tərəfindən qaz təminatının dayandırılacaq. Tərəflər arasında mübahisə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki sayğaca müdaxilə ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə edilməsinə əsaslanaraq, iddiaçıya sayğaca müdaxilə edildiyi üçün cəmi 892.80 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğac üzrə maksimal ölçmə həddindən çox olduğunun aşkar edilməsi və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdi ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinəbaxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X7” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda qeyd olunması zəruridir ki,İddiaçı sayğacı zədələməsini təsdiq edən hər hansı sübut Azəriqaz İstehsalat birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması və barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə EN-ə müraciət etməli olması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə akt tərtib edilməklə 892,80 manat borc məbləği hesablanmışdır. Beləliklə, , Cavabdeh iddiaçı tərəfindən sayğacın zədələməsi barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən sayğaca fiziki təsir nəticəsində onun zədələnməsi ilə bağlı hesablanmış 892.80 (səkkiz yüz doxsan iki manat səksən qəpik) manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Abonent İddiaçı hesablanmış 892.80 (səkkiz yüz doxsan iki manat səksən qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-4339/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4339/2025
18.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver