Məhkəmə qərarları › İş №2(076)-442/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-442/2024

01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-442/2024 01.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi2 (Ərizəçi1 nümayəndəsi) iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-177 kod 50405028 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nın Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edtmişdirlər. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 Alməmməd qızı 1971-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi1 Alməmməd qızı kimi qeyd edilmişdir. Ərizəçi2 1992-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı X5 qeyd edilmişdir.Sonradan ailə həyatı qurduğu üçün soyadı Qasımova olmuşdur. X1 2005ci ildə vəfat etmişdir. Bu günədəkdə bütün hüquqi sənədlərində soyadı adı atasının adı X2 qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 23 dekabr 1997-ci il tarixli 45 saylı qərarı ilə bizə 1.60 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-177 kod 50405028 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ərizəçinin adı Günay soyadı Əliməhəmməd mərhumun ata adı Məmməd kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. JN-177 kod 50405028 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDK-ı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi müraciət etmişlər. Lakin 28 sentyabr 2023-cii il tarixli 3-21-3-40/2-Q-02xx-xx/2023 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət edilmişdir. Tərəflərin izahatları: Ərizəçi2 (Ərizəçi1 nümayəndəsi) ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzin surətindən görünür ki, ərizəçilər məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cüil tarixli məktubundan görünür ki, JN- 177 kod 50405028 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan bəzi payçıların adı və ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur ki, bu da 199-cu ilin 28 dekabr tarixli, 780-İQ nömrəli Mülki-Prosessual Məcəlləsinin 307.2.5 və 308-ci maddəsinə əsasən başqaməna kəsb edir. Ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyin təsdiq edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən dı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı edilən müraciətin icrası onlar tərəfindən mümkün olmamışdır. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Dəllər Daşbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 362 nömrəli arayışdan görünür ki, JN-177 kod 50405028 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nda mülkiyyətçilər X26, X27, X20, Ərizəçi1 Əliməhəmməd qızı, Ərizəçi1 Xaləddin qızı və X8r. JN-177 kod 50405028 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nda Ərizəçi1 Əliməhəmməd qızının atasının adı səhvən Əliməhəmməd kimi göstərilmişdir. Əslində isə Ərizəçi1 olmalıdır. İş materiallarında olan JN-177 kod 50405028 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki,Şəmkir rayonu Daşbulaq kənd sakini X26 və onun ailə üzvləri X21,X15, Ərizəçi1 Əliməhəmməd qızına, Ərizəçi1 Xaləddin qızına və X9 Şəmkir rayonun AqrarİSlahat akomissiyasının xx.xx.1997-ci il tarixli 45 nömrəli qərarı ilə verilmiş 4 cizgidə göstərilmiş sərhəd daxilində 1.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Daşbulaq kəndində yerləçən 1.60 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi2 adına qeydiyyata alınmasına dair Milli Qeydiyyat Sistemində məlumat mövcuddur. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair 11 saylı Şəmkir Ərazi İdarəsində məlumat yoxdur. İş materiallarında olan AZE seriya ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünürki, Ərizəçi2 xx.xx.1992-ci ildə Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində anadan olmuş və yaşayış yeri Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndidir. İş materiallarında olan AA seriya ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2016cı ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2005-ci ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki,X28 ilə X16 xx.xx.2014-cü ildə nikaha girmiş, nikahdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1971-ci ildə anadan olmuşdur, atası X13, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1992-ci ildə anadan olmuşdur, atası X20, anası isə X11r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Beləliklə işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, JN-177 kod 50405028 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu Daşbulaq kənd sakini X26 və onun ailə üzvləri X21,X15, Ərizəçi1 Əliməhəmməd qızına,Ərizəçi1 Xaləddin qızına və X9 Şəmkir rayonun Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 45 nömrəli qərarı ilə verilmiş 4 cizgidə göstərilmiş sərhəd daxilində 1.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmişdir. Qeyd edilən şəhadətnamədə Ərizəçi1 ata adının “Əliməhəmməd” yazılması, Ərizəçi2 adının “Aygün”Ş X6 ata adının “Məmməd” yazılmasına görə ərizəçilər torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına ala bilmirlər. Məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, JN-177 kod 50405028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Məhkəmə JN-177 kod 50405028 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nın mərhum X12 məxsus olması hissəsinə münasibət olaraq bildirir ki, aktda qeyd edilən şəxsin mərhum X14 iş materialları ilə təsdiq edildiyindən,həmçinin həmin faktı məhkəmədən başqa qaydada təsdiqlənə bilmədiyindən ərizə həmin hissədə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-177 kod 50405028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın Ərizəçi1, X4 və Qasımova (Sadıqova) Günay Xaləddin məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar