Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4427/2025 25.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi ilə, Ərizəçilər, Ərizəçi1, Ərizəçi2 və X1 “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər, Ərizəçi1, Ərizəçi2 və X4 “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən ona, yəni ərizəçi “Alıyev” “Hüsaməddin” Murtuz oğluna və ailə üzvüləri “Alıyeva” Zenfira “İslam”qızına, “Aliyev” Yunis Hüsaməddin” oğluna onunla birgə verilmiş Torpağa mülkiyyət hüququna dair İN: 520 Kod 50417018 №-li Dövlət aktının ona və ailə üzvüləri Ərizəçi2 və X3 məxsus olması faktının müəyyən edilməsinə dair, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən “Alıyev” “Hüsaməddin” Murtuz oğluna və ailə üzvülərinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN: 520 Kod 50417018 No-li Dövlət aktının ailə üzvüləri ilə birgə ona, yəni Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən “Alıyeva” Zenfira “İslam” qızına və ailə üzvülərinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN: 520 KOD 50417018 Ne-li Dövlət aktının ailə üzvüləri ilə birgə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair və Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən “Aliyev” Yunis “Hüsaməddin oğluna və ailə üzvülərinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN: 520 KOD 50417018 Ne-li Dövlət aktının ailə üzvüləri ilə birgə X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinə aid rəsmi bildirişlərdən görünür ki, məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə ərizəçilərə və Maraqlı şəxs AR ƏMDXYDƏDKR publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ətraflı məlumat verilmiş və həmin məlumatın göndərilməsi təsdiq olunmuşdur. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ərizəçyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, Qəraraaldı: Ərizəçilər, Ərizəçi1, Ərizəçi2 və X1 “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 ( bir yüz) manat dövlət rüsumu ərizəçi X2 qaytarılsın. Tərəfə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-4427/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4427/2025
25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver