Məhkəmə qərarları › İş №2(076)-446/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-446/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-446/2025 13.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB–nə qarşı xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* aktlar əsasında hesablanmış 5288.40 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, Şəmkir rayon Zəyəm Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı oun adına qeyd edilmişdir. O hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri edir. xx.xx.2022-ci il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşlarına məxsus evə quraşdırılmış sayğaca baxış keçirərək, sayğacdan kənar əlavə xətt aşkar edilməsi barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Bundan sonra ona həmin akt üzrə 3214.08 manat borc hesablanmışdır. Akt tərtib olunarkən onun iştirakı təmin edilməmişdir. Lakin, həmin akta görə guya onun tərəfindən imza edildiyi qeyd edilmişdir. Qeyd edir ki, o uzun illər Qaz İstismar İdarəsində işləmişdir, əlbəttə ki, müxtəlif sənədlər də onun imzası olmuşdur. Bundan istifadə edərək, akt tərtib edilərkən onun imzasına oxşar imza edilmişdir. O heç vaxt sayğacdan kənar əlavə xətt istifadə etməmişdir. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən ona əsassız olaraq kənar xəttdən isifadəyə görə borc hesablanmışdır.Həmçinin xx.xx.2024-cü il tarixdə isə Qaz İstismar İdarəsinin əməkdaşları olaraq ona məxsus evə quraşdırılmış sayğaca baxış keçirərək, həyətin içərisindən küçə xəttinin yeraltı hissəsini qazaraq qaynaq vaitəsilə dəmir boruya məməcik bərkidilməsi və rezin boru vasitəsilə daxili qaz xəttinə qoşmaqla sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etmək imkanı yaratması, qazılan hissəsinin üstünün daş və saman vasitəsilə örtülməsi barədə xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Bunan sonra ona həmin akt üzrə 2073.60 manat borc hesablanmışdır. Akt tərtib olunarkən onun iştirakı təmin edilməmişdir. O qaz sayğacından kənar xəttdən istifadə etməmişdir. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən tətib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, sayğaca baxış keçirilərkən belə qeyri-qanuni qoşulma-kənar xətt aşkar edilməmişdir. Sadəcə olaraq aktda təbii qazdan qeyri-qanuni istifadə etmək imkanı yaradılması qeyd edilməklə əsassız yerə 2073.60 manat borc hesablanmışdır. Hətta həmin vaxt o Bakı şəhərində xəstəxanada olduğu halda, aktda təmin adı qeyd edilərək guya akta imza etməkdən imtina etməyi qeyd edilmişdir. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən hər ay onların evində yerləşən qaz sayğacına baxış keçirilir, necə olar ki, o əlavə xətddən istifadə etmiş, ancaq həmin xətt onlar tərəfindən aşkar olunmamışdır. Buna baxmayaraq, kənar xəttə görə ona əsassız olaraq 2073.60 manat cərimə hesablanmışdır. O, müharibə veteranıdır, ikinci dərəcə əlilliyi vardır. Sol qolunun aşağı 1/3-dən amputasiya olunmuşdur. 8 baş ailə üzvləri ilə birlikdə ona məxsus evdə yaşayırlar. Belə vəziyyətində Qaz İstismar İdarəsinin əməkdaşları ona əsassız olaraq borc hesablamışlar. Hesab edir ki, həmin cərimə düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən həmin aktları əsassız və qanunsuz hesab edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı iddiaçı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, cavabdehin nümayəndələri sayğacdan kənar əlavə xətt aşkar edilməsi faktı aşkar olunmuş və akt tərtib olunmuşdur. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, istifadə etdikləri təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmişlər və heç vaxt borcları olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Sayğaca heç bir müdaxilə etməmişlər, bununla bağlı hüquq-mühafizə orqanlarında heç bir araşdırma aparılmamışdır. Sayğac evdə deyil, evin çölündə yerləşir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki iddianın təmin edilərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3214.08 manat borcun və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2073.60 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən ünvan 1i ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı əlavə xəttin ləğv olunması, dəymiş ziyanın hesablanması və ödətdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024–cü ilin may ayına Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini olan abonent İddiaçı adına 3214.08 manat borc hesablanmışdır. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair” xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən ünvan 1i ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı kənar xəttin mənbəyinin ləğv edilməsi, dəymiş ziyanın hesablanması müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024–cü ilin may ayına Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini olan abonent İddiaçı adına 2073.60 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evində Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2022-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə baxış zamanı əlavə kənar xətt aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı və 15 yanvar 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin aktlara əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsas ən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə qanunsuz əlavə xəttin çəkilməsi və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X1” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi və ya kənar xəttin mövcüdluğü, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* aktlar əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə, həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 5288 manat 40 qəpik borcun silinməsini xahiş etsədə, göstərilmiş aktalara əsasən iddiaçının 5287 manat 68 qəpik borcu vardır. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3214.08 manat borc və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 2073.60 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus Şəmki rayonu, Zəyəm Cırdaxan kənd ünvanı üzrə (**********03030 Abunə kodu) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3214.08 (üç min iki yüz on dörd manat, səkkiz qəpik) manat borc və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2073.60 (iki min yetmiş üç manat, altmış qəpik) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar