Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-450/2024 27.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli k-1-649 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1980-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Bu günədək də hüquqi sənədlərində soyadı adı atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Şəmkir rayon Mərkəzi Arxiv İdarəsinin 16 noyabr 2022-ci il tarixli k-1-649 saylı arayışda adım Razim kimi qeyd edilmişdir. Hazırda öz adına olan torpaq sahəsinin sənədləşdirmək istəyir. Lakin arxiv arayışında adının səhv olması ərizəçini çətininliklərlə üzləşdirir. Başqa təşkilatlarda problem yaşayır. Hazırda həmin sənədlərə yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. 16 noyabr 2022-ci il tarixli k- 1-649 saylı arxiv arayışın ərizəçiyə məxsus olması üçün məhkəməyə müraciət edir. Həmin sənədlərin ərizəçiyə məxsus olmasını müəyyən olunmasa başqa sənədlərinin düzəlməsində çətinlikləri yaranır. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Ərizəçinin nümayəndəsi X3 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filalının direktoru Elşən Quliyev məhkəməyə ərizə ünvanlayaraq filialın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Şəmkir Filialında mühafizə olunan "N.Nərimanov” adına sovxozun qaytanlanmış torpaq kitabında Ərizəçi adı aşkar edilmədi. Lakin kitabda X6 adına 0,06 hektar torpaq sahəsi qeyd edilmişdir. Odur ki, vətəndaşlara arxiv arayışları verilərkən arxiv sənədlərinə düzəlişlərin edilməsi arxivin iş qaydalarına zidd olduğu üçün "N.Nərimanov” adına sovxozun qaytanlanmış torpaq kitabında 3531-ci sıra nömrəsində olan X6 adının Ərizəçi kimi yazılaraq düzəliş edilməsi onlar tərəfindən mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Şəmkir şəhərində anadan olmuş, atası X10, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filalı tərəfindən verilmiş arxiv arayışdan görünür ki, Ərizəçi adı aşkar edilmədi. Lakin kitabda X6 adına 0,06 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan N.Nərimanov adına sovxozunun xx.xx.1992-ci il tarixli 58 nömərli əmrindən çıxarışdan görünür ki, Şəmkir rayon Xalq Soveti reyasət heyətinin xx.xx.1992-ci il tarixli iclasının qərarı ilə fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi verilməsi üçün “Ağ-dərə” sahəsindən Ərizəçi fərdi ev tikdirmək üçün 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X7 xx.xx.2005-ci ildə nikaha girmişlər, nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2012ci ildə anadan olmuşdur, atası Ərizəçi, anası X4r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2006-cı ildə anadan olmuşdur, atası Ərizəçi, anası X4r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1980-ci ildə anadan olmuşdur, N.Nərimanov adına sovxozunun xx.xx.1992-ci il tarixli 58 nömərli əmri ilə Şəmkir rayon Xalq Soveti reyasət heyətinin xx.xx.1992-ci il tarixli iclasının qərarı ilə fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi verilməsi üçün “Ağ-dərə” sahəsindən Ərizəçi fərdi ev tikdirmək üçün 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Göründüyü kimi N.Nərimanov adına sovxozun qaytanlanmış torpaq kitabında 3531-ci sıra nömrəsində adın fərqli yazılması ərizəçinin mülkiyyət hüququnlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli və N.Nərimanov adına sovxozun qaytanlanmış torpaq kitabında 3531-ci sıra nömrəsinin Ərizəçi məxsus olması faktı tanınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət X5 saxlanılan N.Nərimanov adına sovxozun qaytanlanmış torpaq kitabında 3531-ci sıra nömrəsinin Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-450/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-450/2024
27.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver