Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-454/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız və qanunsuz hesablanmış 405 (dörd yüz beş) manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə cavabdeh "Azəriqaz” İB ona qarşı 1673.80 manat pul tələbi ilə Şəmkir Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-2539/2015 saylı qətnaməsi ilə "Azəriqaz” İB-nin iddia tələbi qismən təmin edilmiş, ondan 1268.80 manat borcun tutularaq "Azəriqaz” İB-nə ödənilməsi, 405 manat iddia tələbinin təmin olunmaması qət edilmişdir. Bundan sonra "Azəriqaz” İB tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-2539/2015 saylı qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-2210/2015 saylı qətnaməsi ilə "Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-2539/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-2210/2015 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. O "Azəriqaz” İB-nə olan 1268,80 manat borcunu tam olaraq ödəmişdir. Lakin "Azəriqaz” İB tərəfindən iddia tələbinin təmin olunmamış 405 manat hissəsi bu günkü tarixədək silinməmişdir. Dəfələrlə cavabdehǝ 405 manat borcun silinməsi üçün müraciət etsə də lakin heç bir nəticəsi olmamışdır. Ona görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilərə əsasən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız və qanunsuz hesablanmış 405 (dörd yüz beş) manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, iddia tələbini müdafiə ediyini, məhkəmə iclasının onun iştirakı olmadan kçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-2210/2015 saylı qətnaməsinin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli 2(076)-2539/2015 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı təbii qaza görə borclu olduğu 1673,80 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə 1268.8 (bir min iki yüz altmış səkkiz manat səksən qəpik) manat debitor borcun alınıb iddiaçı “Azəriqaz” İB X1 İstimar İdarəsinə ödənilməsi qət edilmiş və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, abonent İddiaçı təbii qazdan istifadəyə görə 1673,80 manat borc hesablanmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-2210/2015 saylı qətnaməsinə əsasən 1268,80 manat borc iddiaçıdan tutulsa da qalan 405 manat hissəsinə aid hissədə iddia tələbi rədd edilmişdir. Hazırda isə qeyd edilən 405 manat borc cavabdeh Azəriqaz istehsalat birliyi tərəfindən iddiaçının hesabından silinməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)- 2210/2015 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı təbii qaza görə borclu olduğu 1673,80 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə 1268.8 (bir min iki yüz altmış səkkiz manat səksən qəpik) manat debitor borcun alınıb iddiaçı “Azəriqaz” İB X1 İstimar İdarəsinə ödənilməsi qət edilmiş, qalan 405 manata aid hissədə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilmişdir. Hazırda qeyd edilən məbləğ iddiaçıdan tutulmadığı halda onun abonent hesabında borcun qalması və cavabdeh tərəfindən qeyd edilən borcun silinməməsi iddiaçının hüquqlarını pozur. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş 405 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən hesablanmış 405 (dörd yüz beş) manat manat cərimə borcu silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə abonent İddiaçı adına hesablanmış 405 (dörd yüz beş) manat manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-454/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-454/2025
17.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver