Məhkəmə qərarları › İş №2(076)-4558/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4558/2025

19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4558/2025 19.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X17, Ərizəçi4 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X17, Ərizəçi4 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X27, Ərizəçi4 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X21 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizələrini onunla əsaslandırılmışlardır ki, Ərizəçi1 1961-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı Ərizəçi1 kimi qeyd edilmişdir. Ərizəçi2 1987-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı X4 qeyd edilmişdir. Sonradan ailə həyatı qurduğu üçün soyadı Pənciyeva olmuşdur. X28 1990-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı X12 qeyd edilmişdir. Ərizəçi4 1988-cu ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı X1 qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 27 noyabr 1997-ci il tarixli 44 saylı qərarı ilə onlara 1.47 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında soyadı Məmmədov, adı Rayis, soyadı Nürəddin və Rayis kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 21 oktyabr 2025-ci il tarixli 3-21-3-40/2-M-0191-35/25 saylı məktubla imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmirlər və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişlərdir. Odur ki, JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X21 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi2, X28 və Ərizəçi4 Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlərdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi1 adı “Rəyis", ata adı “Nurəddin”, Ərizəçi2 ata adı “Rayis”, Ərizəçi4 ata adı “Rayis", X5 “Məmmədov”, adı “Elşən”, ata adı “Rayis”, Ərizəçi4 ata adı “Rayis” olaraq yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1987ci tarixdə doğulmuşdur. Atası Ərizəçi1 Nurəddin oğludur, anası X9r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 qızı xx.xx.1988-ci tarixdə doğulmuşdur. Atası Ərizəçi1 Nurəddin oğludur, anası X9r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1990-cı tarixdə doğulmuşdur. Atası Ərizəçi1 Nurəddin oğludur, anası X9r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Nurəddin oğlu xx.xx.1961-ci tarixdə doğulmuşdur. X3r, anası X7r. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Nurəddin oğlu ilə X14 arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X13 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Pənciyev, arvada Pənciyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X19 xx.xx.1965-ci tarixdə doğulmuşdur. İşdə olan Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X6, adını, ata adını Ərizəçi3 kimi dəyişdirmişdir. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan Çaparlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonu, Çaparlı kəndində qeydiyyatda dayanır və aşağıdakı ailə üzvləri vardır: yoldaşı: Ərizəçi1 (xx.xx.1961), qızı: Pənciyeva (Məmmədova) Zülfıyyə Rəyis qızı (xx.xx.1987), oğlu: Ərizəçi4 (xx.xx.1988), oğlu: Ərizəçi3 (xx.xx.1990). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında səhv olaraq Ərizəçi1 adı “Rəyis", ata adı “Nurəddin”, Ərizəçi2 ata adı “Rayis”, Ərizəçi4 ata adı “Rayis", X5 “Məmmədov”, adı “Elşən”, ata adı “Rayis”, Ərizəçi4 ata adı “Rayis” kimi yazılmışdır. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktına düzəliş edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçilər JN- 0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktındakı soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli 44 nömrəli qərarına əsasən verilmiş, JN-0092 KOD 50415018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 (X34) oğluna və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar