Məhkəmə qərarları › İş №2(076)-4606/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4606/2024

13.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4606/2024 13.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" İB-nin X4 İstismar İdarəsinə və "xxxx" ASC-nin Qərb RETSİ-nə (X2 Təchizatı Satış İdarəsinə) qarşı qaz və elektrik təchizatı üzrə abonent adının dəyişdirilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "xxxx" İB-nin X4 İstismar İdarəsinə və "xxxx" ASC-nin Qərb RETSİ-nə (X2 Təchizatı Satış İdarəsinə) qarşı qaz və elektrik təchizatı üzrə abonent adının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həm qaz təchizatı üzrə, həm elektrik təchizatı üzrə abonent adının dəyişdirilərək X1 adından çıxarılıb İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Şəmkir şəhəri, E.Ocaqverdiyev küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin həm qaz təchizatı üzrə, həm elektrik təchizatı üzrə abonent adının dəyişdirilərək X1 adından çıxarılıb İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kolegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kolegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə yuxarıda qeyd olunanlar əsasən hesab edir ki, "xxxx" İB və "xxxx" ASC inzibati orqan olmasa da, iddiaçının hazırki tələbinin xarakteri cavabdehlərin publik xarakterli hərəkətlərindən doğan tələbdir, həmin xarakterli ümumi məhkəmələrdə baxılmır, bu səbəbdən iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi barədə ərizə ilə "xxxx" İB-nə və "xxxx" ASC-yə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı cavabdehlər "xxxx" İB-nin X4 İstismar İdarəsinə və "xxxx" ASC-nin Qərb RETSİ-nə (X2 Təchizatı Satış İdarəsinə) qarşı qaz və elektrik təchizatı üzrə abonent adının dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırki tələbi barədə ərizə ilə "xxxx" İB-nə və "xxxx" ASC-yə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar