Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-469/2024 13.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-0514 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22.ş06.2003-cü il tarixli, 97 saylı qərarı ilə Şəmkir şəhəri ərazisində onun və digər ailə üzvləri olan X1, X3 və X4 ümumi birgə mülkiyyətlərinə 0,36 ha kənd təsərrüfatı məsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0514 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında onun atasının adı yalnış olaraq “İrdis” kimi göstərilmişdir. Onun bütün sənədlərində soyadı, adı və ata adı Ərizəçi qeyd edilmişdir. O, adında yalnışlıq olduğundan mülkiyyətində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işləri apara bilmir. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında olan yalnışlığı aradan qaldıra bilmir. Ona görə də, JN-0514 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respulikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçilərin tələbi təmin edilməlidir. Belə ki, işdə olan «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon AİK xx.xx.2003-cü il tarixli 97 saylı qərarı ilə JN-0514 KOD 50401004 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı əsasında Şəmkir rayon Morul kənd sakinləri X2, Ərizəçi İdris qızına, X5 və X6 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respulikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-40/2-İ-0180-35/23 saylı məktubundan görünür ki, Şəmkir rayonu Morul kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-0514 KOD 50401004 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında səhv yazılmış ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəmkir rayon AİK xx.xx.2003-cü il tarixli 97 saylı qərarı ilə JN-0514 KOD 50401004 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı əsasında Şəmkir rayonu Morul kənd sakinləri X2, Ərizəçi İdris qızına, X5 və X6 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X10 Ərizəçi ata adı səhvən “İdris” kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görəşəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçilərin tələbi hüquq müəyyənedici sənədin onlara məxsus olmasının müəyyən edilməsindən ibarətdir. Ərizənin predmeti olan sənədlər ərizəçi torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmələr aparılması üçün zəruridir və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmirlər. Məhkəmə hesab edir ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması ərizəçi qanunla müəyyən edilmiş hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir və ərizəçilərin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, həmin Məcəllənin 307.2.11-ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-311 və 391-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0514 KOD 50401004 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-469/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-469/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver