Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-470/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 oğlunun (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi, Maraqlı şəxs2) “hüquq müəyyənədici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi2 və Ərizəçi1 oğlu “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-127, KOD 50401004 saylı Dövlət aktının onlara yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə Şəmkir şəhər (köhnə Morul kəndi) ərazisindən 0.15 ha həyatyanı torpaq sahəsi onun, mərhum X7 (atası), Maraqlı şəxs2 (anası) və Ərizəçi2 Canangir qızının (arvadı) mülkiyyətinə verilmiş və onların adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-127A, KOD 50401004 saylı şəhadətnamə verilmişdir. X4 xx.xx.2005-ci ildə vəfat etmişdir. Onlar qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciyət etdikdə həmin idarədən bildirildi ki, şəhadətnamədə onun ata adı "Şəmil", Ərizəçi2 Canangir qızının adı "Şəlalə” ata adı "Telman” kimi qeyd olunub. Qeyd olunan səhvlərin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməkləri qeyd olunmuşdur. Qeyd olunanlara əsasən torpağa mülkiyyət hüququna dair JN-127, KOD 50401004 saylı Dövlət aktının onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 və Ərizəçi1 oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərnin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İİ-ЖГ serialı 460458 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. X5, anası Maraqlı şəxs2 qeyd olunmuşdur. İş materiallarında olan, Vİ-ЖГ serialı 480262 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1979-cu il tarixdə doğulmuşdur. X1, anası X9 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ serialı 644884 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 Ərizəçi2 ilə xx.xx.2011-ci ildə nikah bağlamışlar. Bu barədə akt qeyd kitabında xx.xx.2011-ci ildə 108 nömrəli qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə “Cəfərov”, arvada “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İ seriyalı 142237 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2005-ci ildə ölmüşdür. İş materiallarında olan, JN-127A seriyalı, 50401004 kodlu olan Torpağın Mülkiyyətə verilməsinə dair Şahadətnamənin surətindən görünür ki, Şəmkir rayon Morul kənd sakininləri X8, Maraqlı şəxs2, Ərizəçi1 Şəmil oğluna, X2 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il qərarı ilə 0.15 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-C-00xx-xx/2023 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən Maraqlı şəxs2 ünvanlanmış məktubundan görünür ki, təqdim edilmiş JN-127A, kod 50401004 saylı şəhadətnaməyə baxılmışdır və qeyd olunan payçıların adı və ata adı ilə şəxsiyyət vəsiqəsində olan ad arasında səhvlik mövcuddur. Belə ki, qeyd olunun səhvliyi aradan qaldırmaq oların səlahiyyətləri xaricindədir və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adı və ata adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi2” və “Ərizəçi1 oğlu” kimi göstərilsə də, JN-127a KOD 50401004 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsində adları “X6” və “Ərizəçi1 Şəmil oğlu ”kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X6” və “Ərizəçi1 Şəmil oğlu” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi2”nın və “Ərizəçi1”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN- 127A KOD 50401004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinin, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçilər tərəfindən, onların özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-127A KOD 50401004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi2 və Ərizəçi1 oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-127A KOD 50401004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi2 və Ərizəçi1 oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-470/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-470/2024
05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver