Məhkəmə qərarları › İş №2(076)-4770/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4770/2025

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4770/2025 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli JN-670A KOD 50411005 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum əri X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əri X7 2012-ci ildə vəfat etmişdir. Bu günədək də bütün hüquqi sənədlərində soyadı adı atasının adı X2 qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə 0.12 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahəsinə dair JN-670A kod 50411005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum ərinin ata adı qeyd edilməmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yanlışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-670A kod 50411005 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etdi. Lakin 02 oktyabr 2025-ci il tarixli 3-21-3-40/2-Q-007-35/25 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Belə ki, iş materiallarında olan JN-670A KOD 50411005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X8 rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə Şəmkir rayonunun Keçili kəndi ərazisində 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X4 X6 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən torpaq sahəsinin JN 670A KOD 50411005 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktın səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan AZ-İ 522885 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-5/8-69-480/2025 nömrəli Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X7 və X1 ilə xx.xx.1959-cü il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduğundan sonra ərə “ Qasımov”, arvada “Qasımova” soyadı verilmşdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum ərinin ata adı, ona məxsus bütün sənədlərdə “X7” kimi göstərilsə də, JN-670A KOD 50411005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı “Qasımov Sabir” kimi göstərilmişdir. Aktda göstərilən “Qasımov Sabir” ilə digər sənədlərdə göstərilən “X7”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – ölüm haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində vərəsəlik tanınması üçün ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-670A KOD 50411005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-670A KOD 50411005 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin mərhum X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar