Məhkəmə qərarları › İş №2(076)-496/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-496/2024

28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-496/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun adına 31 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3100 (üç min bir yüz) manat məbləğində borcun silinməsi və 330 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı onun iştirakı olmadan 2022-ci ilin oktyabr ayında götürülmüş, həmin sayğac onun iştirakı olmadan, baxışa təqdim olunmuş, aradan bir neçə ay keçmiş ona məlum olmuşdur ki, guya onun sayğacının çıxış borusu deşilib. Bu səbəbdən də ona 3100 manat cərimə yazılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. 31 may 2023-cü il tarixli ******* saylı akt əsasında istifadəsində olan qaz sayğacının çıxışında olan plastmas borunun deşik olması müəyyən olunmuş və onun iştirakı təmin olunmadan akt tǝrtib olunmuş və həmin akt əsasında ona 3100 (üç min bir yüz) manat cərimə hesablanmışdır. Əsas olaraq göstərmişlər ki, guya onun tərəfindən sayğaca müdaxilə olunub. Lakin sayğac küçədə yerləşir və nəzarətçi həmin sayğaca istədiyi vaxt nəzarət edə bilir. 5 ildən çoxdur ki, sayğacdan problemsiz istifadə edir. Hər gün istifadəsində olan sayğaca nəzarət edir. Sayğac onun yanından götürülməyib, qablaşdırılmayıb və onun iştirakı ilə sayğaca baxış keçirilməyib. Hesablanmış borcun silinməsi üçün dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, qaz sayğacı onun evinin çöl hissəsində yerləşir və onun daimi nəzarətindən kənardadır. Buna görə də sayğacın hər hansı hissəsinin zədələnməsinə görə o məsuliyyət daşıya bilməz. Qeyd olunları nəzərə alaraq cavabdeh tərəfindən onun adına 31 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3100 (üç min bir yüz) manat məbləğində borcun silinməsi və 330 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiyini, cavabdeh tərəfindən onun adına 31 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110,40 (üç min bir yüz on manat qırx qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cu il tarixli MSK-14-2-2/3-5-879 saylı aktına əsasən 1302AZ**********32 nömrəli sayğacının çıxış plastmas borusu deşilməsi aşkar olunmuşdur. Tələb qrafasında dəymiş ziyan hesablansın və ödənilsin qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İtron tipli, G-4 markalı 1302AZ**********32 nömrəli sayğac yerinə yeni Zenner tipli, G-4 markalı, **********781 nömrəli sayğac quraşdırılmış, sayğac çıxarılan zaman aktın qeyd hissəsində heç bir qeyd aparılmamışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-879 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 1302AZ**********32 daxili nomrəsi olan sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmaması, sayğacın plastmas borusunun deşilməsi, sayğacın yaddaş arxivinin oxunması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir rayonu, M. Ə. Sabir küçəsində yerləşən evin abonenti İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il üçün 3110,40 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “Əvəzetmə” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında çıxış borusunun deşik olmaq ehtimalı olması barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110,40 manat pul tələb edilir. Tərəflər arasında mübahisə İtron G-4 markalı, 1302AZ**********32 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3110,40 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın çıxış plasmas borusunun deşilməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 3110,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar