Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-507/2025 17.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftlalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qaz sərfiyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə olan 518,40 (beş yüz on səkkiz manat qırx qəpik ) manat məbləğində borcunun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birgə Şəmkir rayonun Kür qəsəbəsində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Cavabdehin tabeçiliyində olan Şəmkir XS-nin TQQ vǝ SX-nin əməkdaşları tərəfindən, ünvan 1 ünvanında yerləşən ailənə məxsus olan fərdi yaşayış evinə quraşdırılmış Ester G-4T tipli qaz sayğacına ailə üzvülərinin və hal şahidlərinin iştirakı olmadan öz əməkdaşlarının iştirakı ilə əsassız olaraq baxış keçirmişlər və sayğacın hesablama mexanizminin qapağının yan tərəfində aşkar edilən əzik və cızıqların fiziki təsir nəticəsində əmələ gəlməsi barədə akt tərtib etmişlər. Bu səbəbdən də cavabdehin nümayəndələri tərəfindən guya sərf edimiş qazın bərpası üçün 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) məbləğdə borcunun olması müəyyən edilmişdir. Halbuki, həmin sayğaca tərəfindən, heç bir müdaxilə edilməmiş, sayğacın hesablama mexanizminin qapağının fiziki fiziki təsir nəticəsində əzilməsindən xəbəri olmamışdır. Sayğac küçədə quraşdırılmışdır. Yəni sayğacı quraşdırılmış küçə şəraitində günün bütün vaxtı müşahidə və mühafizə etmək imkanına malik deyildir. Mübahisə predmeti olan sayğacın mühafizəsinə dair cavabdehlə aralarında heç bir müqavilə bağlanmamışdır. O və ailə üzvləri sayğaca müdaxilə etməmişdir. Küçədə quraşdırıldığından syğaca kənar şəxs tərəfindən müdaxilə olunması etimalı var. Bundan başqa sayğac uzun müddət istifadədə olmuş, artıq köhnəlmişdir. Odur ki, bir etimalı da sayğacın istismar müddəti keçməsi ilə bağlı ola bilər. Bu barədə dəqiq məlumatı yoxdur. Çünki cavabdeh tərəfindən onun istifadəsində olan sayğac sökülüb aparılıb laboratoriya müayinəsindən keçirilərkən onun ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Məmmədov Yadigarın adına olan Zelster tipli, G5 markalı, **********7 nömrəli sayğacın çıxarılma səbəbi kimi istifadə müddəti bitməsi qeyd edilmişdir. İş materiallarında “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT ******* nömrəli xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Məmmədov Yadigarın adına olan Elster tipli, G4 markalı, ******* nömrəli sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlaması qeyd edilmişdir. Aktda əlavə olaraq Sayğacın sol tərəfi müdaxiləyə şübhəli və ekranın sol tərəfində qçatların olması qeyd edilmişdir. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X3 məxsus yaşayış sahəsində “Azəriqaz” İB-nin Metrologiya Departamentinin AKT 0577 saylı xx.xx.2024-cü il tarixli akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan abonent X1 görünür ki, iddiaçının abonent hesabına 2024-cü ilin may ayında 518,40 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 2024-cü ildə iddiaçıya məxsus evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın yararsız vəziyyətdə olması aşkar edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə çıxarılan sayğac xx.xx.2024-cü il tarixdə yoxlamadan keçirilmiş və akt tərtb edilmiş, aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunması qeyd edilmişdir. Buna görə itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518,40 manat pul tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X7” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X5”nın pozulması ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X5nın pozulması halına görə hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə təbii X5nın pozulmasına görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında abonent X2 (abonent kodu **********02410) adına hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-507/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-507/2025
17.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver