Məhkəmə qərarları › İş №2(076)-510/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-510/2024

12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-510/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbinə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ "Azəriqaz” İstehsalat biliyinin nümayəndələri tərəfindən xx.xx.2023-ci il tarixində MSK-14-2-2/3-5-9616/Q001 nömrəli akt əsasında qanunsuz hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki , o Şəmkir rayon Könüllü kəndində yaşayır. O yaşadığı ünvanda istilik enerjisini qaz vasitəsi ilə alır, indiyənədək cavabdeh olan "Azəriqazın" kənd ərazisindəki rəsmi şəxslər ilə ödəmə və sərfiyyatla bağlı heç bir problem yaşamamışdır. Tam normal məsuliyyətli abonent olmuşdur, istifadə etdiyi qazı sayğac vasitəsi ilə dəyərləndirilib vaxtı vaxtında hesab bildirişə uyğun borcunu ödəmişdir. Lakin xx.xx.2023-cü il tarixində "Azəriqaza" məxsus sayğacların bütün kənd ərazisində olan yivliyin ləğvi (yəni polad yivli birləşmələrin) ilə əlaqədar qaz sayğacları sistemdən söküldü yenidən sistem yivli birləşmələri qaynağ aparatı vasitəsi ilə ləğv edərək bir-başa qaynaq edilərək yenidən quraşdırıldı. Bu quraşdırılma işlərini "Azəriqazın" sifarişi ilə X3 Birliyinin işçiləri vasitəsi ilə həyata keçirildi. Həmin müddətədək onun sayğacında heç bir qüsur olmamışdır və sayğaca vurulmuş dövlət plombu qırıq deyildir. Həmin vaxt birliyin əməkdaşlarının ehtiyatsızlıqı ucbatından qaynaq aparatından çıxan şlank (isti isqralar) ona məxsus sayğaca çıxış durbasının sonuncu qaynaq hissəsindən sayğacın durba vasitəsi ilə sayğacın daxilindəki qaz hesablama mexanizminə daxil olub göz ilə görünən ərimə və yanma qüsur yaratmışdır. Həmin vaxt sayğacı quraşdırıldıqdan sonra onun sayğacına 12615674 nömrəli dövlət plombu vurulmuşdur. Belə plombların tam normal sayğaclara uçotun tamamlama məqsədi ilə vurulur. Bu hadisədən 15 gün sonra təyin olunmuş qaz nəzarətçisi tərəfindən hesab bildirişi təqdim edən zaman ona bildirildi ki, onun sayğacın qaz sərfiyatını qeyd etmir. Nəzarətçi öz növbəsində tabe olduğu rəsmi şəxslərə məlumat verdi, ona məxsus qaz sayğacını onun iştirakı olmadan yenisi ilə əvəz etdilər. Cavabdeh təşkilat göz ilə görünən sayğacdakı ərimə qüsurunu səbəbini bilmələrinə baxmayaraq təkrar onun sayğacına AKT tərtib edib güya onun sayğaca müdaxilə etmə kimi qeydlər aparmışlar. Onun sayğacı laborotoriya şəraitinə yoxlanılması prosedurunda onun iştirakı təmin edilmişdir və ona sayğaca müdaxilə rəyi yazaraq 777.60 azn cərimə hesablayıblar. O bununla bağlı Şəmkir rayon X1 idarəsinə müraciət edərək təkrar iradını bildirmişdir. Qeyd edilənlərə əsasən cavabdeh ARDNŞ "Azəriqaz” İstehsalat biliyinin nümayəndələri tərəfindən xx.xx.2023-ci il tarixində MSK-14-2-2/3-5-9616/Q001 nömrəli akt əsasında qanunsuz hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-9616/Q001 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi 10341229 nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, xətalar normadan artıqdı. Sayğac minimum və normal sərfiyyatda -100% xəta ilə işləyir. Hesablama mexanizmi minimal və normal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yarasızıdır. İş materiallarında olan Şəmkir rayonu, Yuxarı Könüllü kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ildə sentyabr ayında 777,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2i ünvanında yerləşən yaşayış sahəsi üzrə akt əsasında 2023-cü ilin sentyabr ayında abonent İddiaçı adına hesablanmış 777,60 manat (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar