Məhkəmə qərarları › İş №2(076)-516/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-516/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-516/2023 28.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçilər: X2 (həmçinin, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi) və Ərizəçi4 iştirakı ilə Ərizəçilər X2, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçilər X4, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni X3, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı ərizəçi X4 (həmçinin, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi) əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998–ci il tarixli 49 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində 2.27 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında onun adı səhvən “X5” kimi, Ərizəçi2 adı səhvən “X7” kimi, Ərizəçi4 adı səhvən “X6” kimi və Ərizəçi3 adı səhvən “X8” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni X3, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi4 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək əsasən ərizəçi X4 ilə eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998–ci il tarixli 49 saylı qərarı ilə X3, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində 2.27 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət X1 adı səhvən “X5” kimi, Ərizəçi2 adı səhvən “X7” kimi, Ərizəçi4 adı səhvən “X6” kimi və Ərizəçi3 adı səhvən “X8” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadaətnamələrdən görünür ki, X4 xx.xx.1952–ci il tarixdə, Ərizəçi3 xx.xx.1978–ci il tarixdə, Ərizəçi2 xx.xx.1976– cı il tarixdə və Ərizəçi4 xx.xx.1984–cü il tarixdə doğulmuşdur. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1952–ci il tarixdə doğulmuşdur. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1984–cü il tarixdə doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1978–ci il tarixdə doğulmuşdur. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1976–cı il tarixdə doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli imtina məktubundan görünür ki, JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998–ci il tarixli 49 saylı qərarı ilə X3, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində 2.27 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında ərizəçilər X2 adı səhvən “X5” kimi, Ərizəçi2 adı səhvən “X7” kimi, Ərizəçi4 adı səhvən “X6” kimi və Ərizəçi3 adı səhvən “X8” kimi yazılmışdır. Hazırda ərizəçilər Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni X3, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–207 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın X3, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar