Məhkəmə qərarları › İş №2(076)-533/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-533/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-533/2023 14.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçilər: Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin onlara, yəni Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı Ərizəçi1 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Eləcə də, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 0.52 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamələrdə onun adı səhvən “X3” kimi yazılmışdır. Eləcə də, digər Ərizəçi3 adı səhvən “X2” kimi, Ərizəçi2 adı səhvən “X4” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin onlara, yəni Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi3 və Ərizəçi2 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək əsasən Ərizəçi1 ilə eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 saylı qərarı ilə Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına, Ərizəçi2 və onların digər ailə üzvünə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 0.05 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin Şəhadətnamədə Ərizəçi1 adı səhvən “X3” kimi, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızının adı səhvən “X2” kimi, Ərizəçi2 adı səhvən “X4” kimi yazılmışdır. İşdə olan JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 saylı qərarı ilə Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına, Ərizəçi2 və onların digər ailə üzvünə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 0.52 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin Şəhadətnamədə Ərizəçi1 adı səhvən “X3” kimi, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızının adı səhvən “X2” kimi, Ərizəçi2 adı səhvən “X4” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi1 xx.xx.1969– cu il tarixdə, X1 xx.xx.1989–cu il tarixdə və Ərizəçi2 xx.xx.1994–cü il tarixdə doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X1 arasında xx.xx.2006–cı il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Qasımova” soyadı verilmişdir. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1969–cu il tarixdə doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989–cu il tarixdə doğulmuşdur. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994–cü il tarixdə doğulmuşdur. İşdə olan Şəmkir RİHB–nın Nərimanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də Ərizəçi1 adı səhvən “X3” kimi, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızının adı səhvən “X2” kimi, Ərizəçi2 adı səhvən “X4” kimi yazılmışdır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018–ci il tarixli imtina məktubundan görünür ki, JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 saylı qərarı ilə Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına, Ərizəçi2 və onların digər ailə üzvünə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Eləcə də, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 saylı qərarı ilə Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına, Ərizəçi2 və onların digər ailə üzvünə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 0.52 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamələrdə ərizəçilər Ərizəçi1 adı səhvən “X3” kimi, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızının adı səhvən “X2” kimi, Ərizəçi2 adı səhvən “X4” kimi yazılmışdır. Hazırda ərizəçilər Şəhadətnamələrdəki ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahələri üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin onlara, yəni Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına və Ərizəçi2 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–023A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və JN–023B saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1, Həmzəyeva (Qasımova) Samirə Əliheydər qızına və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar