Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-537/2025 06.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərişıq ASC-yə qarşı “Əsassız borcun silinməsi tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, cavabdeh Azərişıq ASC-yə qarşı “Əsassız borcun silinməsi tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinə aid rəsmi bildirişlərdən görünür ki, məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə ətraflı məlumat verilmiş və həmin məlumatın göndərilməsi təsdiq olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli qərarına dəyişlik edilmiş və məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar hər hansı səbəb göstərmədən məhkəməyə gəlməmiş və ya gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Həmçinin, İddiaçı X1 etibarnamə vermədiyi üçün o, iş üzrə nümayəndə səlahiyyətli şəxs kimi iştirak edə bilməz. Beləliklə, iş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı, cavabdeh Azərişıq ASC-yə qarşı “Əsassız borcun silinməsi tələbi”nə iddiası baxılmamış saxlansın. Tərəfə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova İddiaçı: İddiaçı Şəmkir rayonu Zəyəm qəsəbəsi Cavabdeh X2 Şəmkir rayon, Zəyəm qəsəbəsi Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2024–cü il tarixli 2(076)–4384/2024 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad “ ” vərəqə Hakim Nazlı Heydərova İş № 2(076)-4384/2024 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Şəmkir Rayon Məhkəməsi 19 dekabr 2024-cü ildə Şəmkir şəhərində Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə İddiaçı, cavabdeh X2 qarşı “Uşaqla ünsiyyət hüququnun verilməsi tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxılır. Məhkəmə iclası saat 10:15-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və hansı işə baxılacağını elan edir. Sədrlik edən məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi bildirir ki, tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Sədrlik edən iş materiallarını nəzərdən keçirdib, müşavirə otağına gedir, qayıdaraq qərardadı elan edir. Sədrlik edən qərardaddan şikayət vermək qaydasını və müddətini izah edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. SƏDRLİK EDƏN: KATİB:
Məhkəmə qərarları › İş №2(076)-537/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-537/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver