Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-540/2023 28.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdehin barəsində tətbiq etdiyi 1173 (bir min bir yüz yetmiş üç) manat əsassız borcunun qalığı olan 1111 (bir min bir yüz on bir) manat məbləğində borcunun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslnadırmışdır ki, qeyd olunan ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişlər. Cavabdehin, əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* №-li aktında istifadəsində olan Elster tipli, ******* №-li qaz sayğacı ARDNŞ Azəriqaz İB-dən daxil olan 29\1710-03775-1 №-li 27.09 tarixli aktına əsasən ******* №-li qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması qeyd edilməklə dəymiş ziyanın hesablanaraq ödənilməsi qeyd edilmişdir. O savadsız qadın və şəhid ailəsi olaraq heç bir vaxt istifadəsinə verilmiş həmin sayğaca toxunmamışdır ki, qeyd olunan əlamətlərin əmələ gəlməsində təqsiri olsun. İstifadəsində olan qaz sayğacı kartla istifadə olunmasına görə istifadə etdiklərindən əlavə xeyli miqdarda yəni, 1173 (bir min bir yüz yetmiş üç) manat məbləğində borcunun olması qeyd edilmiş, kartına vurduğu puldan çıxılmaqla bu ilin sonuna 1111 (bir min bir yüz on bir) manat məbləğində borcunun olması ona təqdim edilən saldoda qeyd edilmişdir. Deməli, cavabdehin əməkdaşlarının vətəndaşları əsassız cərimələrlə-borclarla yükləməsi növbəti məkrli oyunlarıdır. Cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir, Ona görə də əsassız olaraq borclu hesab edildiyi 1111 (bir min bir yüz on bir) manat məbləğində borcunun qalığının onun hesabından silinməsi şəhid ailəsi olaraq cavabdehin əməkdaşlarının qanunsuz əməllərindən qorunmağı üçün ən ədalətli nəticədir. Onu da əlavə edir ki, o yaşlı, xəstə qadın və şəhid ailəsi olaraq hazırkı iqtisadi böhran şəraitində heç yerdə işləməyərək ailəsinin maddi təminatını çətinliklə təmin etməyə çalışdığı halda barəsində tətbiq edilmiş əsassız bocu ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o və ailə üzvləri sayğac çıxarılanda iştirak etməmişlər. Sayğac evdən kənarda küçədə quraşdırılıb, cavabdehin işçiləri özləri sayğacı dəyişiblər və onlara heç bir sənəd o cümlədən akt təqdim olunmayıb, sayğacın dəyişdirilməsində və yoxlanılmasında, aktın yazılmasında iştirak etməmişlər. Ona əsassız borcun hesablanmasından iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən az öncə xəbəri olmuş, cavabdeh X3 müraciət etsələr də borcun hesablanmasına və sayğacın çıxarılaraq əvəz olunmasına dair onlara heç bir sənəd verməmişlər, onun şəhid anası olmasına əhəmiyyət verməmişlər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Şəmkir şəhəri, 28 May küçəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğaca müdaxilə edildiyi müəyyən edilmiş və sayğacın yenisi ilə əvəz edilməsi göstərilmişdir. Sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması müəyyən edilmişdir. İşdə olan **********00700 saylı abonent İddiaçı abonentin saldosundan görünür ki, 01.2022-ci il tarixdə akt əsasında 518.40 manat borc hesablanmış, həmin tarixə ödənilməmiş aylıq sərfiyatı 666.10 manat olmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir şəhəri, 28 May küçəsində yaşayır və yaşadığı evdə X1 adına qeydə alınmış sayğacdan istifadə edir. “Azəriqaz” X4 X6 İdarəsinin nümayəndələri abonent İddiaçı yaşadığı evə verilən təbii qazın sayğacı ilə bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, akt onlar tərəfindən imzalanmış, lakin həmin vaxt abonent iştirak etməmiş. Cavabdeh tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş qaz sərfiyyatın dəyəri olaraq 518.40 manat itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, sayğacın iddiaçının yaşadığı evin həyətində deyil, həyətdən kənarda, yəni küçədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırılmış və müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, sayğacın dəyişdirilməsi və çıxarılmasında abonent iştirak etməmişdir. Həmçinin çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməsi, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməsi, sayğacının ekspertizadan keçirilməsi və aşçarlanmış həmin qüsurun yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri ilə istifadə etməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac iddiaçı olan abonent tərəfindən quraşdırılmamış və üzəri möhürlənməmişdir. Məhkəmə iddia tələbinin araşdırılması ilə bağlı qeyd edir ki, istehlakçı tərəfindən sayğaca hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunu törətməsi, qaz sayğacının hansı əsasla yenisi ilə əvəz edilməsi, çıxarılması və buna dair sənədlər, hansı dövr əsas götürülməklə borc hesablanmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt xx.xx.2022-ci il tarixli ******* saylı akt qüsurlu olmaqla, cavabdeh faktiki olaraq iddiaçı tərəfindən istifadə edilmiş və lakin dəyəri ödənilməmiş qaz sərfinin miqdarını müəyyən etməklə, qəslə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması ehtimala əsaslanmış, habelə aktın tərtibi və borc hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz itikisinin baş verməsi abonentin təqsirli hərəkəti kimi qəbul edilməsi əsassızdır. Belə ki, göstərilən sayğacın iddiaçının mülkiyyətində olan ərazidə yox, yolda və əl çatan yerdə quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, sayğac çıxarılan zaman abonentin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçıdan tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt əsasında iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, abonentin evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunması və qaz sərfiyatının nə qədər itki ilə hesablama aparmasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və abonentin təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin abonent İddiaçı barəsində xx.xx.2022-ci il tarixli ******* saylı aktı üzrə 01.2022-ci il tarixdə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 518.40 manat borc məbləği abunə hesabından silinməli, 666.10 manat ödənilməmiş aylıq sərfiyat olduğundan bu hissədə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc məbləği abonent İddiaçı (**********00700) abonent hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-540/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-540/2023
28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver