Məhkəmə qərarları › İş №2(076)-554/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-554/2025

29.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-554/2025 29.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X3nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X3 ilə birlikdə Şəmkir rayonu Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayır. Onların başqa ailə üzvləri yoxdur. Nə o, nə də X3 ailə qurmamışlar. X3 2021-ci ilin yanvar ayından ağır xəstəlikdən əziyyət çəkir. Belə ki, X14 psixi və davranış pozuntuları, üzvi o cümlədən simptomatik psixi pozğunluqlar-kəskin başlanmış vaskulyar demensiya, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz intellektual qabiliyyətlərin enməsi xəstəliyindən əziyyət çəkir. Ona həmin xəstəliyə görə orqanizmin funksiyalarının 65 faizinin pozulmasına görə əlillik təyin edilmişdir. X14 öz hərəkətlərinin mahiyyətini başa düşmür, davranışlarını bilmir, əmək qabiliyyətsizdir və xüsusi qulluğa möhtacdır. O, həmçinin, etdiyi hərəkətlərin baş verəcəyi nəticələri dərk etmir. O daim müalicə olunsa da səhhətində heç bir dəyişiklik olmamışdır. O, bu və ya digər orqanda və ya təşkilatda öz hüquqlarını həyata keçirə bilmir. Hətta X14ya əlillik təyin edildikdən sonra o təyin edilmiş sosial müavinəti belə ala bilmir. Belə ki, bacısının psixi və davranış pozuntuları olduğuna görə onlar sosial müavinət kartını da bankdan götürə bilmirlər. Yalnız qəyyumu olarsa həmin sənədi təqdim edəcəklərini bildirirlər. Lakin, o hazırki vəziyyətlə bağlı onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında heç bir sənəd əldə edə bilməmişlər. O bununla bağlı hətta müxtəlif orqanlara müraciət etmişdir. Lakin, ondan ancaq bacısının fəaliyyət qabiliyyəti olamaması barədə sənədi təqdim etməyi tələb edilir. O isə həmin sənədi məhkəmədən kənar qaydada əldə edə bilmir. Ona görə də məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, məhkəmədən ərizənin təmin edilərək, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi atası X10, anası X8 olmaqla, xx xxxxxx 1958–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. İşdə olan doğum haqqında arayışdan görünür ki, X7 atası X10, anası X8 olmaqla, 05 mart 1963–cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, X5 F01.0 “Kəskin başlanmış vaskulyar demensiya” diaqnozu qoyulmuşdur. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 416 nömrəli məktubundan görünür ki, X2 rayonunun Çaparlı kəndində daimi qeydiyyatda dayanır və həmin kənddə bacısı Ərizəçi ilə birgə yaşayır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 X11 Şöbəsinin xx.xx.2025-ci il tarixli 119 saylı ambulator məhkəmə–psixiatrik ekspertizasının rəyindən görünür ki, X1 pozuntuları ilə XBT-10 F01.0 xəstəliyindən əziyyət çəkir. O, həmin xəstəlikdən əziyyət çəksə də, hazırda ətrafdakılar üçün təhlükə törətmir. X1 pozuntuları ilə XBT-10 F01.0 xəstəliyi keçirdiyindən başqa şəxsin nəzarətinə və yardımına ehtiyacı vardır. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə–psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8–ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2–ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş–bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X4 doğma bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2–ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci və 217.4– cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 05 mart 1963–cü il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 05 mart 1963–cü il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində kəndində doğulmuş X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar