Məhkəmə qərarları › İş №2(076)-558/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-558/2023

20.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-558/2023 20.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 iclas katibliyi, Ərizəçi, üçüncü şəxs Maraqlı şəxs Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə anadan olmuş bacısı X6 fəaliyyət qabiliyyətsiz hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs başçısının 155 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı ilə birgə mülkiyyətlərində olan fərdi yaşayış evində birgə yaşadıqları 2-ci qrup əlil bacısı X10 onun, yəni Ərizəçi qəyyumluğuna verilmişdir. X4 D-Z:F 71 orta dərəcəli əqli gerilik, psixopata bənzər davranışına görə xx.xx.2013-cü il tarixdən Qazax rayon Psixiatriya Xəstəxanasında müalicədədir. O, ərizəşi Ərizəçi Maraqlı şəxs Başçısına müraciət edərək ailəsinə məxsus olan Şəmkir rayonun Aşağı Seyfəli kəndində yerləşən 0.12 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə icazə verilməsi və xx.xx.1960-cı il təvəllüdlü, İİ qrup əlil bacısı X6 əvəzindən imza etmək səlahiyyətinin ona verilməsini xahiş etmişdir. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2ci maddəsini rəhbər tutaraq Şəmkir rayonun Aşağı Seyfəli kəndində yerləşən DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışda qeyd olunan 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ll-ci qrup əlil bacısı X6 payına düşən hissəsinin özgəninkiləşdirilməsinə icazə verilməsi və onun əvəzindən imza etməyə ona, yəni qəyyumu Ərizəçi Maraqlı şəxs başçısının Ə-104- 099 saylı xx.xx.2022-ci il tarixli rəyi əsasıda səlahiyyət verilmişdir. DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışa əsasən qəyyumu olduğu bacısı X10 ilə birgə mülkiyyətində olan torpaq sahəsini özgəninkiləşdirmək üçün notariat əməliyyatı aparılması üçün Şəmkir rayon Notariat Kontoruna müraciət etdi. Notariat kontoru əməliyyatı aparmaqdan imtina etdi və ona bildirdi ki, həmin notariat əməliyyatının aparılması üçün bacısı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi çıxarılması üçün o məhkəməyə müraciət etməlidir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, hazırkı vəziyyətdə ll-ci qrup əlil bacısı X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Çünki o, hazırda fəaliyyət qabiliyyətsizdir. Ona gərə də bacısı X10 fəaliyyət qabiliyyətsiz hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərini müdafiə edərək, əlavə olaraq göstərdi ki, bacısı Ağgül bəzən onun yanında, bəzən xəstəxənada olur, lakin hazırda bacısı Qazaxda Ruhi-Əsəb Dispanserdədir. O vaxtaşırı bacısının yanına gedir və qayğısına qalır, nə ehtiyacı olsa onu qarşılayır. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 izahatında bildirdi ki, ekspertizanın rəyinə uyğun olaraq şəxsin fəaliyyət qabiliyyəti olmadığını hesab edilməsinə etiraz etmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı, X10 isə onun bacısıdır. Onlar 9 nəfər bacı-qardaş olmuşlar, ata-anaları və bacı qardaşlarından bəziləri vəfat etmişdir. Ağgül uşaqlığdan qüsurlu olub və məktəbə getməyib. Bacısı əvvəllər ata-anası ilə birlikdə yaşayıb, lakin validenyləri rəhmətə getdikdən sonra qardaşı Eldarla birlikdə yaşayıb. Ağgül xəstə olduğundan və xəstəliyi şiddətlənən dövrlərdə evdən çıxıb getdiyindən onun müalicəsi üçün xəsətəxanaya yerləşdirmişlər, qardaşı Eldar hər ay onun yanına gedir və qayğısına qalır, ehtiyacı olan hər şeyi alır. Həqiqətən bacısı X10 öz hərəkətlərinin mənasını başa düşə və özünü idarə edəbilmir, onun fəaliyyət qabiliyyəti yoxdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan arayışdan görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə doğulmuşdur. X5, X17 K.İsa qızıdır. İşdə olan arayışdan görünür ki, X10 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. X2r. İşdə olan Şəmkir RİHBA tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Ərizəçi Maraqlı şəxs başçısına müraciət edərək ailələrinə məxsus Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən 0.12 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə icazə verilməsi və xx.xx.1960-cı il təvəllüdlü, İİ qrup əlil X6 əvəzindən imza etmək səlahiyyətinin ona verilməsini xahiş etmişdir. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsini rəhbər tutaraq Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışda qeyd olunan 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən xx.xx.1960-cı il təvəllüdlü, İİ qrup əlil X6 payına düşən hissəsir in özgəninkiləşdirilməsinə icazə verilməsi və onun əvəzindən imza etməyə qəyyumu - Ərizəçi səlahiyyət verir. İşdə olan Şəmkir RİHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 rayonu, Aşağı Seyfəli kəndində yaşayır. İşdə olan Şəmkir RİHB-nın xx.xx.2020-ci il tarixli, 155 saylı sərəncamından görünür ki, 07 sentyabr 1960-cı il tarixində Şəmkir rayonu Seyfəli kəndində anadan olmuş, İİ qrup əlil bacısı X3 rayonu Aşağı Seyfəli kənd sakini Ərizəçi qəyyumluğuna verilmişdir. İşdə olan Qazax Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2199 saylı arayışdan görünür ki, Şəmkir rayonu,Seyfəli kənd sakini 1960-cı il təvəllüdlü X13 xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixə xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi Qazax psixiatriya xəstəxanasında stasionar müalicələrdə olub. Hal-hazırda xəstə xx.xx.2013-cü il tarixdən xəstəxanada müalicədədir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid xx.xx.1949-cu il tarixdə doğulmuşdur. X5, anası X1r. İşdə olan Şəmkir RİHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 rayonu, Aşağı Seyfəli kəndində yaşayır. Vətəndaş xx.xx.1960-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş X10 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirir. X10 öz hərəkətlərinin ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X10 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 diaqnozu ilə ağır xəstə olduğundan öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizası tərəfindən verilmiş rəylə də müəyyən olunmuşdur ki, həmçinin psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə olunmadığından, o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar