Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-563/2023 12.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı «məcburi paya münasibətdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı «məcburi paya münasibətdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 05 yanvar 2021-ci il tarixli 3M-1 reyestr nömrəli bağışlama müqaviləsinin atası Azər Rzayevə aid paya münasibətdə məcburi payının müəyyən edilməsi hissəsində etibarsız sayılmasını, həmin hissədə 27 yanvar 2022-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilməsi və ona çata biləcək məcburi payın tamamlanması və həmn hissədə vərəsəlik şəhadətnaməsinin verilməsininmüəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbinə cavab verməli olmayan Şəmkir rayon 1 saylı notariat ofisinə yönəlmiş, həmçinin iddia tələbinin yönəldiyi cavabdeh Quliyeva X1 şəhəri, Z.Hacıyev küçəsi, 75 də qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı ərazi üzrə məhkəməyə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılara izah olunur ki, qeyd edilən iddia tələblə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı «məcburi paya münasibətdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydə alındığı ərazi üzrə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-563/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-563/2023
12.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver